Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Stokholm, 9 iyun, АZƏRTAC
Osloda Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Oslo Azərbaycan Evində Norveç Azərbaycan diasporunun ilk şahmat turniri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif yaş qruplarını təmsil edən 16 uşaq və gənc iştirak edib.
Yarışın yekununda Mirana Bədəlova birinci yeri tutub. Ənvər Ramberq ikinci, Arvin Balanji isə üçüncü olub. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
NAYO-nun təşkilatçılığı ilə hər həftəsonu keçirilən şahmat kursunun müəllimi Kabir Bədəlov bildirib ki, bu cür tədbirlər uşaq və gənclərin intellektual inkişafında mühüm rol oynayır. O qeyd edib ki, gələcəkdə də şahmatın təbliği, eləcə də gənclərin intellektual, sosial və mədəni inkişafına xidmət edən müxtəlif layihə və tədbirlər həyata keçiriləcək.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 09 İyun 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















