Icma.az
close
up
RU
“Zəfər” şahmat turniri keçirildi

“Zəfər” şahmat turniri keçirildi

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib.

Bakupost.az xəbər verir ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib.

Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər.

Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi olduqları vurğulanıb, “Zəfər” turnirinə dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib.

Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur.

Açılış mərasimində Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib.

Beynəlxalq qrossmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib.

Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 May 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri