Icma.az
close
up
RU
Osman Gündüz: Dünyaya 70 minlik müzakirə platforması təqdim etmişik

Osman Gündüz: Dünyaya 70 minlik müzakirə platforması təqdim etmişik

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “Azərbaycan problemin üzərinə getməkdən və həllinə töhfə verməkdən çəkinmir”



Bakının ev sahiblii etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP) Tərəflər Konfransının 29-cu sessiyası işini uğurla davam etdirir. Bu gün sessiya çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin ikinci iş günü olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29 çərçivəsində keçirilən “İnkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti”ndə çıxışı zamanı qeyd edib ki, Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi həmişə dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini gələcəkdə də davam etdirəcək. Qeyd edilir ki, COP29-dan əsas gözləntilərdən biri də iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasıdır. Bu gözləntilərin  özünü doğrultması üçün nələr edilməlidir? 


Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında fikrini belə izah etdi: 


- COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal problemin daha da ciddiləşdiyi bir ərəfədə keçirilr. Azərbaycan iqlim dəyişikliklləri ilə bağlı problemin həllinə töhfə vermək üçün maraqlı tərəflərin iştirakına hər bir şərait yaradaraq  və böyük resurslar ayıraraq BMT standartlarına cavab verən növbəti  COP29 müzakirələrini təşkil edib. Yəni baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrasturkturuna söykənib, bununla belə ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır. Əlbəttə şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan problemin həlli demək deyil hələ. Hələlik görünən odur ki, problemi yaradan ölkələr onun həllində elə də aktiv deyillər. Düşünürəm ki, dünyamızın indiki mürəkkəb şəraitində qlobal iqlim probleminin nə dərəcədə həlli ölkələrin bunun üçün nə qədər resurslar ayırmasından çox asılı olacaq. Əslində görünən odur ki, inkişaf etmiş ölkələr problemin həlli üçün  daha çox öhdəlik götürməlidir, daha çox yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa çox da pul qoymalısan ortaya. BMT-nin  ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəltməlidir.  Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytarllaşdırılması və adaptasiya üçün tələbatın daha çox - trilyon dollarla olduğu bildirilir. İndi COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsait köçürəcəklər. Fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün iştirakçı ölkələt hansı mexanizmlər təqdim edəcək, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə biləcəkmi. “Yaşıl iqtisadiyyat”, rəqəmsal transformasiyalar üçün də gərəkən miqdarda vəsaitlər ayrılmalıdır. Bunun üçün də COP29 çərçivəsində ədalətli mexanizmlər, maliyyə mnəbələri tapılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri