Icma.az
close
up
RU
Osman Gündüz: “Ölkədə elektron iştirakçılıq üçün yeni mərhələ başlayır”

Osman Gündüz: “Ölkədə elektron iştirakçılıq üçün yeni mərhələ başlayır”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ölkədə elektron iştirakçılıq üçün yeni mərhələ başlayır.

Prezidentin ötən gün imzaladığı Fərman ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) tərkibində “Elektron iştirakçılıq” altsistemi yaradılacaq. 

Bu, kifayət qədər mühüm institusional və rəqəmsal addımdır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, indiyədək ictimai iştirakçılıq mexanizmləri əsasən dövlət qurumlarının və Milli Məclisin ayrı-ayrı internet səhifələri, ictimai dinləmələr, müzakirələr, yazılı müraciətlər və digər ənənəvi kanallar üzərindən həyata keçirilirdi:

"Proseslər vahid mərkəzdə cəmlənmədiyindən vətəndaşın hansı qanun və qərar layihəsinin harada müzakirə olunduğunu izləməsi, rəy bildirməsi və nəticəni görməsi elə də asan olmurdu. Yeni yanaşma isə bu proseslərin vahid rəqəmsal mühitə daşınmasını nəzərdə tutur.

“Elektron iştirakçılıq” altsistemi vasitəsilə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsində iştirakı genişlənəcək, ictimai müzakirə və dinləmələr elektron formada təşkil edilə biləcək, rəy və təkliflər təqdim olunacaq".

O qeyd edib ki, daha bir mühüm yenilik vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun elektronlaşdırılmasıdır:

"Vətəndaşlar qanun layihəsini dəstəkləmək üçün elektron kabinet üzərindən elektron imza ilə imza verə biləcəklər. Məsələn, hansıa bir siyasi partiya, icma və ya bir qrup vətəndaş konkret məsələ ilə bağlı yeni qanun layihəsi hazırlaya bilər.

Təşəbbüs elektron qaydada rəsmiləşdirildikdən sonra layihəyə dəstək üçün 40 min seçki hüququ olan vətəndaşın imzası EHİS üzərindən elektron formada təqdim edilir. Əgər bu say toplanarsa, layihə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilə bilər.

Başqa bir nümunə isə məhz dövlət şirkətlərinin əhaliyə göstərdiyi internet, elektrik, su, qaz, nəqliyyat və digər xidmətlərlə bağlı yeni qaydalar və mühüm dəyişikliklər ictimai müzakirəyə çıxarıla bilər. Vətəndaşlar “Elektron iştirakçılıq” sistemi üzərindən rəy və təkliflərini bildirə, ictimai dinləmələrdə iştirak edə bilərlər.

Düşünürəm ki, bu dəyişiklik yalnız hansısa bir yeni informasiya sisteminin yaradılması deyil. Bu, dövlət–vətəndaş münasibətlərində e-iştirakçılığın institusionallaşdırılması, qərarların hazırlanmasına ictimaiyyətin daha sistemli cəlb edilməsi və rəqəmsal demokratiya alətlərinin inkişafı baxımından mühüm addımdır.

Xatırladıram ki , BMT-nin Elektron Hökumətin İnkişafı ilə bağlı hesabatlarında da e-iştirakçılıq ayrıca qiymətləndirilən əsas istiqamətlərdən biridir. Azərbaycan bir qayda olaraq məhz bu göstərici üzrə həmişə sıfra yaxın bal alırdı.

Yeni sistem düzgün qurularsa, bu istiqamətdə mövcud boşluqların aradan qaldırılmasına və Azərbaycanın beynəlxalq göstəricilərinin yaxşılaşmasına da ciddi töhfə verə bilər.

Əlbəttə, burada risklər də var, əgər dövlət qurumları ictimai əhəmiyyət kəsb edən sənədlər əvəzinə mənasız layihələri yükləyərsə, müzakirələr formal keçirilsə, vətəndaşların təkliflərinə münasibət bildirilməsə və hansı təklifin qəbul və ya rədd edildiyi əsaslandırılmasa, sistem sadəcə sıradan bir  elektron portal olaraq qala bilər. E-iştirakçılıq platformasının sahibi və operatoru Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Fərmanın icrası üçün 9 ay vaxt müəyyən olunub”.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri