Osman Gündüz: “Qiymətləri 3 4 dəfə qaldırmaq yolverilməzdir” KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ADY-nin Bakı-Tbilisi qatarlarında kupe üçün elan etdiyi 81 manat, gözlənildiyi kimi, 125 manat oldu. Doğrudur, mən 120 manat gözləntimlə bağlı yazmışdım, 5 manat səhvə yol vermişəm”.
KONKRET.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.
O, ADY-nin Bakı – Tbilisi və Tbilisi – Bakı qatarının qiymətlərinin gözlənilən olduğunu qeyd edib: “27-28 may qiymətlərinə baxdım, 81 manatdan əsər-əlamət görünmür. Kupe üçün qiymət 125 manat olub. Bu tarixlər üçün SV 180 manat görünür. Lüks isə 277 manat. Bir ay sonra, 20-21 iyun üçün də 81 manat arxa plana keçib, qiymətlər kupe üçün 93 manat görünür. Beləliklə, gözlənildiyi kimi, ADY -nin qiymət siyasəti elə Bakı – Balakəndən fərqlənmədi. Bu qiymətlər heç bir halda ağlabatan deyil”.
Ekspert ADY-nin qiymət siyasətinin qüsurlu olduğunu vurğulayıb: “Yaxşı olar ki, bu təbii inhisar subyekti sərnişindaşımaya subsidiya ayrılmasıyla bağlı Prezidentin fərmanına uyğun olaraq, hökumətdən dəstək almaq üçün çalışsın, vuruşsun. Yükdaşımadan əldə olunan gəlirlərin daha da artırılması və bu vəsaitlərin sərnişindaşımaya yönləndirilməsi daha məntiqli olardı. Bunlara yönəlmək əvəzinə, xərclərin sadə vətəndaşların üzərinə yönləndirilməsi, qiymətləri 3-4 dəfə qaldırmaq yolverilməzdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 May 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















