Icma.az
close
up
RU
Osman Gündüz: Rəqəmsal tələbə kartları istiqamətində xeyli işlər görülüb

Osman Gündüz: Rəqəmsal tələbə kartları istiqamətində xeyli işlər görülüb

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq 10 mindən çox AzTU tələbəsi rəqəmsal tələbə kartına sahib olub



Universitetlər İRİA və ETN datası əsasında yeni dəyərlər formalaşdırırlar.

Artıq bu data əsasında universitet tələbələri üçün  rəqəmsal tələbə kartları yaradılıb. Yəni tələbələr SİMA imza ilə myGov tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər.

Bu məlumatlar ETN-nin myGov-a inteqrasiya olunan tələbə datası əsasında real vaxtda formalaşır.

Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, tələbələr, vətəndaşlar tələbə biletini, şəxsiyyət vəsiqəsini və s. sənədləri bölüşmək üçün mygov mobil tətbiqində “Paylaş" düyməsindən istifadə edirlər:


 “Bu zaman ekranda QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur. İRİA bu məlumatların yoxlanılması üçün də rəqəmsal həll yaradıb. Qurumlar “mygov Checker” platforması vasitəsilə  sənədlərin doğruluğunu yoxlaya bilərlər. Hansısa qurumda sənədlərin yoxlanılması üçün qurum rəhbəri checker.e-gov.az portalına daxil olub əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir. Səlahiyyətli şəxs “mygov Checker” tətbiqində “QR skan et” düyməsilə QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə identifikasiya edə bilər. Təqdim olunan məlumatların yoxlama tarixçəsi myGov mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur. Eyni zamanda yoxlayan qurumlar da tələbənin, vətəndaşın kim tərəfindən yoxlanıldığını görə bilir. Artıq bu proses AzTU-da pilot qaydada tətbiq edilir. 10 mindən çox AzTU tələbəsi myGov platformasını öz telefonlarına yükləyib. Yəni anlaşıqlı desək, artıq 10 mindən çox  AzTU tələbəsi rəqəmsal tələbə kartına, rəqəmsal şəxsiyyət vəsiqəsinə və digər rəqəmsal sənədlərə sahib olub. İRİA və ETN ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə xeyli işlər görülüb”.


O.Gündüz deyib ki, universitet rəhbərliyinin tapşırığı əsasında tələbələrin identifikasiyası üçün məsul olan şəxslər İRİA sistemində qeydiyyatdan keçiblər:

“İRİA-nın dəstəyi ilə universitetin mühafizə xidmətinin əməkdaşları üçün Təlimlər də təşkil edilib. Təlim zamanı səlahiyyətli şəxslərə rəqəmsal tələbə kartının məlumatlarının oxunması üçün, tələbələrin identifikasiyası üçün mövcud qaydalar izah edilib. Düşünürəm ki, dövlətə məxsus datalardan effektiv istifadə etməklə yeni dəyərlərin yaradılması yetərincə əhəmiyyətlidir və bu, ölkədə rəqəmsal transformasiya proseslərinin sürətlənməsinə təkan verir.

Digər universitetlər də tələbələrə myGov tətbiqi yüklətməklə və İRİA-nın rəqəmsal platformasında qeyiyyatdan keçməklə bu rəqəmsal xidmətlərdən faydalana bilərlər. Və bu, çox doğru olardı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri