Icma.az
close
up
RU
Osman Gündüz: “Süni intellekt sektorunda pərakəndəlik hökm sürür”

Osman Gündüz: “Süni intellekt sektorunda pərakəndəlik hökm sürür”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Süni intellekt üçün əsas yanacaq datadır. 

Biznesin və elmi tədqiqat sektorunun isə dövlətə məxsus dataya əlçatanlığı yoxdur. Bu gün Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkəmizdə süni intellekt məsələsinə də toxunub”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri, İKT üzrə mütəxəssis Osman Gündüz deyib.

O bildirib ki, Prezident bu sahədə geri qalmamağın vacibliyini vurğulayıb:

“Amma görünən odur ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, proseslər ləng gedir. “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda qeyd olunan prioritetlər – əlaqələndirmə, təbii dilin emalı modellərinin hazırlanması, hesablama infrastrukturunun qurulması və dataya əlçatanlıq kimi istiqamətlərdə real irəliləyişlər hələ görünmür. Azərbaycan dilinin Milli Korpusu hələ hazırlanmayıb. Bu sektorda pərakəndəlik hökm sürür”.

O qeyd edib ki, xüsusilə diqqət çəkən məsələ dataların idarə edilməsi ilə bağlıdır:

“Uzun illərdir bu mövzu öz həllini tapmır. Dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan deyil. Əksinə, bəzi dövlət qurumları özlərinə məxsus datalar üzərində kommersiya fəaliyyəti qurub, digərlərinə bu məlumatlardan istifadə imkanı vermirlər.

Bir neçə ildir ki, “məlumatların idarə edilməsi strategiyası”nın hazırlanması istiqamətində işlər aparıldığı bildirilirdi. Xatırlayıram ki, 3–4 il öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Dünya Bankı ilə birlikdə belə bir sənəd üzərində işlədiklərini qeyd etmişdi.

İndi isə bildiyimə görə, RİNN və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Dövlətə məxsus məlumatların idarə edilməsi strategiyası” layihəsini hazırlayıb. Bu, çox vacib və strateji sənəddir. Çünki dövlətin topladığı nəhəng həcmli sosial, iqtisadi, coğrafi, ekoloji və səhiyyə dataları süni intellektin inkişafı üçün əsas xammaldır.

Yaxşı olardı ki, maraqlı tərəflərin iştirakı ilə bu layihənin müzakirəsi keçirilsin. Eyni zamanda “Açıq məlumat bazaları haqqında” qanun layihəsinin də hazırlanması vacibdir. Prezident İlham Əliyev bugünkü çıxışında alimlərin də süni intellekt sahəsində daha fəal iştirak etməli olduqlarını qeyd edib. 

Ümid edirəm, bu mesaj həm elm, həm də rəqəmsal sektorun rəhbərləri üçün ciddi siqnal olacaq və tezliklə dövlətə məxsus datalardan bütün maraqlı tərəflərin istifadə etməsi üçün bərabər və şəffaf imkanlar yaradılacaq.

Hazırda ölkəmizdə Azərbaycan İnnovasiya Mərkəzi və “AzİnTelecom”-a məxsus iki nəhəng hesablayıcı infrastruktur, superkompüter mərkəzləri qurulur. Bu mərkəzdə yerləşdirilməli olan yerli süni intellekt layihələrin hazırlanması üçün də münbit şəraitin yaradılması çox vacibdir.

Əgər doğrudan da süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, bu strategiya açıq data siyasəti, məlumatların təhlükəsiz paylaşım mexanizmləri, dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır”.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri