Icma.az
close
up
RU
Ötən ay Azərbaycan türk dövlətləri ilə 500 milyon dollarlıq ticarət aparıb

Ötən ay Azərbaycan türk dövlətləri ilə 500 milyon dollarlıq ticarət aparıb

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar ayında Azərbaycan və türkdilli ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 503 milyon 356 min ABŞ dolları təşkil edib.

Adalet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % azdır.

O cümlədən, ay ərzində Qazaxıstanla ticarət dövriyyəsinin dəyəri 33 milyon 32 min ABŞ dolları olub ki, bunun da 10 milyon 260 min ABŞ dolları ixracın, 22 milyon 772 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34 %, o cümlədən ixrac 80,2 %, idxal isə 19,9 % artıb.

Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 25 milyon 528 min ABŞ dolları olub ki, bunun da 5 milyon 490 min ABŞ dolları ixracın, 20 milyon 38 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 75,1 %, o cümlədən ixrac 2,1 dəfə, idxal isə 67,5 % artıb.

Qırğızıstanla ticarət dövriyyəsinin dəyəri 2 milyon 671 min ABŞ dolları olub ki, bunun da 2 milyon 239 min ABŞ dolları ixracın, 432 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 3,3 dəfə, o cümlədən ixrac 24,4 dəfə artıb, idxal isə 41 % azalıb.

Türkiyə ilə ticarət dövriyyəsinin dəyəri 431 milyon 732 min ABŞ dolları olub ki, bunun da 268 milyon 159 min ABŞ dolları ixracın, 163 milyon 573 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 10,7 %, o cümlədən ixrac 13 %, idxal isə 6,6 % azalıb.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstanla ticarət dövriyyəsinin dəyəri 3 milyon 754 min ABŞ dolları olub ki, bunun da 467 min ABŞ dolları ixracın, 3 milyon 286 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 34,3 % azalıb, o cümlədən ixrac 48 dəfə artıb, idxal isə 42,4 % azalıb.

Digər müşahidəçi üzv ölkə olan Türkmənistanla ticarət dövriyyəsinin dəyəri 6 milyon 639 min ABŞ dolları olub ki, bunun da 1 milyon 758 min ABŞ dolları ixracın, 4 milyon 881 min ABŞ dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 74,8 % azalıb, o cümlədən ixrac 41,5 %, idxal isə 79 % azalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Mart 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri