Ötən ay Şuşada hansı ölkələrdən gələn turistlər gecələyib?
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən ilin dekabr ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 6 196 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ötən ilin dekabr ayında Şərqi Zəngəzur iqtisadi rayonunda gecələməyiblər.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 8 213 gecə keçiriblər, Şərqi Zəngəzur iqtisadi rayonunda isə heç bir gecələmə qeydə alınmayıb.
Qeyd edək ki, dekabr ayında Qarabağ iqtisadi rayonuna səfər edən əcnəbi turistlər otellərdə cəmi 294 gecə keçiriblər.
Gecələmələrin 241-i Şuşa şəhərindəki otellərin payına düşüb. Xankəndi, Ağdərə, Xocalı və Xocavənd rayonlarında gecələmə olmayıb.
Ən çox turist Ağdamda gecələyib – 3 095 gecə. Bunun 1 071-i qohumların və dostların, 2 024-ü isə özlərinin və ya ailə üzvlərinin evlərində keçirilib.
Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayında Şuşada ən çox gecələyənlər Özbəkistan vətəndaşları olub. Özbəkistandan gələn turistlər Şuşadakı otellərdə, ümumilikdə, 110 gecə qalıblar.
Dekabr ayında Şuşadakı otellərdə qalan əcnəbi turistlərin ölkələr üzrə gecələmə sayı belə olub:
Özbəkistan – 110 gecə;
Türkiyə – 22 gecə;
Almaniya – 15 gecə;
İtaliya – 8 gecə;
Böyük Britaniya – 6 gecə;
Gürcüstan – 3 gecə;
Qazaxıstan – 2 gecə;
Qırğızıstan – 1 gecə;
Digər ölkələr – 74 gecə.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? Siyahı
04 May 2025 19:18
Bu il Şuşada ən çox hansı ölkədən olan turistlər gecələyib?
06 Aprel 2025 18:45
Bu ölkələrdən gələn turistlər azalıb SƏBƏB
24 İyun 2025 23:46
Ötən ay ölkəyə ən çox turist hansı ölkələrdən gəlib?
11 İyun 2025 16:53
Şuşaya hansı ölkələrdən turistlər səfər edib? Siyahı
01 Avqust 2025 10:16
Baxış sayı:41
Bu xəbər 30 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















