Ötən gün baş verən ağır qəzada ölənlərdən biri müəllim imiş FOTO
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Azərbaycanda müəllim qəzada ölüb.
Ölkə.Az-ın məlumatına görə, hadisə ötən gün Qaradağ rayonu ərazisində baş verib.
Qəza nəticəsində Qaradağ rayonu 197 saylı tam orta məktəbin informatika müəllimi 1978-ci il təvəllüdlü Vəsfiyyə Məlikova dünyasını dəyişib.
Qəzaya düşən avtomobil V.Məlikovanın ailəsinə məxsus olub.
Hadisə zamanı avtomobildə müəllimin həyat yoldaşı və oğlu da olub.
Məlumata görə, V.Məlikovanın ailə üzvləri xəstəxanaya yerləşdirilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, ötən gün saat 17:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində avtomobil qəzası baş verib. “Lada” və “Hunday” markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Billurə Yunus

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















