Icma.az
close
up
RU
Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kral III Çarlz ABŞ Konqresində Ukraynaya dəstək çağırışı edib.
Bizim.Media xəbər verir ki, Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresində çıxışı zamanı Vaşinqton və Londonu Ukraynaya dəstəkdə “sarsılmaz qətiyyət” nümayiş etdirməyə çağırıb.
O, 11 sentyabr hadisələrindən sonra NATO-nun tarixində ilk dəfə 5-ci maddəni işə saldığını xatırladaraq bildirib ki, bu gün eyni qətiyyət Ukrayna və onun xalqının müdafiəsi üçün lazımdır.
İran ABŞ-ı “piratlıqda” ittiham edərək BMT Təhlükəsizlik Şurasına məktub göndərib.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın hərəkətlərinə kəskin etiraz bildirib. Tehran Vaşinqtonu gəmilərin qanunsuz ələ keçirilməsi və beynəlxalq hüququ pozmaqda ittiham edib. İran tərəfi bu addımların təhlükəli presedent yaratdığını qeyd edib.
Pentaqon “Müharibə Nazirliyi” adlandırıla bilər.
ABŞ Müdafiə Nazirliyi Konqresə rəsmi müraciət edərək qurumun adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsini istəyib. Bu addım Prezident Donald Trampın müvafiq göstərişindən yarım ildən çox vaxt keçdikdən sonra atılıb. Nazirliyin hesablamasına görə, rebrendinq təxminən 52 milyon dollara başa gələcək.
ABŞ Senatı Kuba ilə bağlı hərbi məhdudiyyət təşəbbüsünü bloklayıb.
ABŞ Senatında respublikaçı çoxluq demokratların Kuba ilə mümkün hərbi əməliyyatlar üçün Konqresin razılığını tələb edən qətnaməsini bloklayıb. Səsvermədə 51 senator qətnamənin bloklanmasının lehinə, 47 senator əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb.
Kamala Harrisin dəstəyi 50 faizə çatıb.
ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harrisin demokrat seçicilər arasında dəstəyi rekord səviyyəyə — 50 faizə yüksəlib. Bu nəticə onu 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasının əsas namizədlərindən birinə çevirir. Reytinq artımı Trampın populyarlığının azalması və seçicilərin bir hissəsinin onun siyasətindən narazılığı fonunda baş verir.
Dünya Bankı enerji qiymətlərinin artacağını proqnozlaşdırır.
Dünya Bankının proqnozuna görə, 2026-cı ildə qlobal enerji qiymətləri 24 faiz arta bilər. İran və ABŞ arasında zərbələrin genişlənəcəyi halda “Brent” markalı neftin qiymətinin 115 dollara çatacağı, inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın isə 5,8 faizə yüksələcəyi bildirilir.
Rusiyada Buçada qoşunlara komandanlıq etmiş general-mayora sui-qəsd edildiyi iddia olunur.
Rusiya mənbələrinin məlumatına görə, Xabarovsk diyarında general-mayor Azatbek Omurbekova sui-qəsd olub. Onun daha əvvəl Buçada Rusiya qoşunlarına komandanlıq etdiyi bildirilir. İddiaya görə, partlayıcı qurğu binanın girişindəki poçt qutusuna yerləşdirilib. Generalın vəziyyəti barədə təsdiqlənmiş məlumat yoxdur. Hadisə yerində bir zabitin öldüyü bildirilir.
Afinada 89 yaşlı kişi məhkəmə binasına atəş açıb.
Yunanıstanın paytaxtı Afinada 89 yaşlı kişi məhkəmə binasına atəş açdıqdan sonra saxlanılıb. Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər yaralanıb. Hücumun motivləri hələlik məlum deyil.
Corciya ştatı məktəblərin xarici maliyyələşməni açıqlamasını tələb edən ilk ABŞ ştatı oldu.
ABŞ-ın Corciya ştatında təhsil müəssisələrinin 10 min dollardan artıq xarici maliyyələşmə barədə məlumat verməsini tələb edən qanun qəbul edilib. Qərar Qətər kral ailəsindən 281 min dollarlıq ianə ilə bağlı hesabatdan sonra verilib. Qanunda Qətər və Səudiyyə Ərəbistanı ən böyük xarici donorlar sırasında göstərilir.
Moskvada 9 May paradı texnikasız keçiriləcək.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Qırmızı meydanda keçiriləcək 9 May paradı qısaldılmış formatda olacaq. Paradda hərbi texnika iştirak etməyəcək. Piyada keçiddə yalnız hərbi məktəblərin və ayrı-ayrı qoşun növlərinin bölmələri yer alacaq. Aviasiya hissəsinin isə saxlanılacağı bildirilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Aprel 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri