Icma.az
close
up
RU
Ötən gün dünyada nələr baş verib? XRONİKA

Ötən gün dünyada nələr baş verib? XRONİKA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin azad edilməsi üçün “Azadlıq Layihəsi” adlı humanitar əməliyyat elan edib. O bildirib ki, sözügedən gəmilər münaqişə ilə bağlı deyil və şəraitin qurbanına çevriliblər. 
Bizim.Media xəbər verir ki, Tramp əlavə edib ki, maneə yaradılacağı təqdirdə ABŞ güc tətbiq edə bilər.
CENTCOM isə əməliyyata 15 mindən çox hərbçinin, idarəolunan raketlərlə təchiz edilmiş esmineslərin, 100-dən çox təyyarənin və çoxməqsədli dronların cəlb ediləcəyini açıqlayıb.
Avropa İttifaqı Böyük Britaniyadan Aİ-nin ümumi bazarına çıxış üçün illik 1,15 milyard avro ödəniş tələb edib. Londonun Aİ ilə daha sıx əməkdaşlığı çərçivəsində bu ödəniş məsələsi mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müzakirə olunacaq mövzulardan biri olacaq. Qeyd edilir ki, Aİ üzvü olmayan İsveçrə 2025-ci ildə ümumi bazara çıxış üçün Aİ-nin Birləşmə Fonduna 375 milyon avro ödəməyə razılaşıb.
 

Moskvada “Mosfilmovskaya küçəsindəki ev” adlı elit yaşayış kompleksində partlayış baş verib. İlkin versiyaya görə, buna dron zərbəsi səbəb ola bilər. Binanın fasadı zədələnib, şüşələr sınıb, qəlpələr binanın həyətinə düşüb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, xəsarət alan yoxdur. Hadisə yerində təcili xidmətlər işləyir.


Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi BƏƏ sahilləri yaxınlığında tankerin atəşə tutulduğunu bildirib. Məlumata görə, gəmi Hörmüz boğazında naməlum mərmilərlə vurulub. Ekipaj təhlükəsiz vəziyyətdədir, ətraf mühitə zərər dəyməyib.
ABŞ-ın Oklahoma ştatında, Edmond şəhəri yaxınlığındakı Arkadiya gölü ərazisində yerləşən düşərgədə kütləvi atışma baş verib.
İlkin məlumata görə, 4-dən 15-dək insan yaralanıb. Hadisə yerinə təcili xidmətlər cəlb olunub. Polis odlu silah yarası alan şəxsləri aşkarlayıb, insidentin səbəbləri araşdırılır.
İspaniyanın Baş naziri Pedro Sançesin təyyarəsi Madriddən İrəvana uçarkən texniki nasazlıq səbəbindən Ankarada məcburi eniş edib. Nümayəndə heyətinin bu gün Ermənistana səfərinin davam edəcəyi gözlənilir.
ABŞ mayın 3-də Tehrana müharibənin dayandırılması ilə bağlı sazişin daha bir dəyişdirilmiş layihəsini təqdim edib. Bildirilir ki, sənəd İran rəsmilərinin son təklifinə cavab olaraq göndərilib.
 

Türkiyənin Uşak vilayətində Uşak-İzmir magistral yolunda 7 nəqliyyat vasitəsinin, o cümlədən sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib. Nəticədə 4 nəfər ölüb, 34 nəfər yaralanıb.


Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. Tərəflər qarşıdakı birgə tədbirlərə hazırlığı, həmçinin ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində praktiki təşəbbüsləri müzakirə ediblər.
Rusiya Yaxın Şərqdə nüvəsiz zona yaradılması ilə bağlı yeni təşəbbüslərin mümkünlüyünü istisna etməyib.
Bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. Onun sözlərinə görə, bu mövzu ideya tam reallaşana qədər beynəlxalq gündəmdə qalacaq və Moskva ehtiyac yaranacağı təqdirdə əlavə təkliflərlə çıxış edə bilər.
Ulyanov əsas maneə kimi İsrailin mövqeyini göstərib. Onun sözlərinə görə, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmur və belə bir zonanın yaradılmasında iştiraka hazır olduğunu nümayiş etdirmir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri