Ötən il 694 mindən çox cərrahi əməliyyat icra olunub RƏSMİ
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
2025-ci il ərzində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin 9 elmi tədqiqat institut və mərkəzində, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) 694 mindən çox cərrahi əməliyyat icra olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyatların 9000-ə yaxınını açıq ürək əməliyyatları, 136-sını koxlear implantasiya, 212-sini beyin anevrizması, 181-ni orqan transplantasiyası, 96-sını isə atroskopik əməliyyatlar təşkil edib.
Bundan əlavə, orqan transplantasiyasının 103-ü böyrək, 58-i qaraciyər, 20-si isə sümük iliyi transplantasiyasının payına düşür.
Qeyd edilib ki, göz buynuzu qişasının transplantasiyası isə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Yanvar 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















