Icma.az
close
up
RU
Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr (SİYAHI)

Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr (SİYAHI)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal olunub.

Bu barədə Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47396,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 26338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21058,0 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.

2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3356,5 milyon dollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3 faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 41,0 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,4 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,3 faizini Xorvatiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Hindistan və İsrailə, 2,6 faizini Bolqarıstana, 2,5 faizini Gürcüstana, hər biri 2,4 faiz olmaqla Portuqaliya və Yunanıstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 0,9 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla Serbiya, İndoneziya və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya və Niderlanda, 5,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,2 faiz), Gürcüstana (8,1 faiz), İsveçrəyə (6,6 faiz), ABŞ-a (4,0 faiz), Qazaxıstana (3,9 faiz), Ukraynaya (3,5 faiz), Türkmənistana (2,3 faiz), Omana (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin, 17,2 faizi Rusiya, 11,0 faizi Türkiyə, 7,7 faizi ABŞ, 6,9 faizi Avstraliya, 3,9 faizi Almaniya, 3,0 faizi İran, 2,4 faizi İtaliya, 2,2 faizi Belarus, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,4 faizi Türkmənistan, hər biri 1,3 faiz olmaqla Ukrayna və Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Meksika, Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya və Kanada, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2024-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,7 faiz, şəkər – 59,9 faiz, tütün – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 16,1 faiz, bitki yağları – 81,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 60,3 faiz, çay – 2,1 faiz, pambıq lifi – 71,3 faiz, mineral gübrələr – 56,0 faiz, pambıq ipliyi – 3,2 faiz, bentonit gili – 27,6 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 12,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,6 faiz, polipropilen – 27,5 faiz, polietilen – 23,1 faiz, elektrik enerjisi – 59,4 faiz, emal olunmamış alüminium – 17,4 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 2,6 faiz, qara metallardan borular – 1,5 faiz azalmışdır.

2023-cü illə müqayisədə 2024-cü ildə buğda idxalı 9,9 faiz, bitki yağları – 29,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 78,4 faiz, təzə meyvə – 20,6 faiz, xam şəkər – 5,9 faiz, unlu qənnadı məmulatları – 11,5 faiz, şokolad və şokolad məhsulları – 11,7 faiz, çay – 5,2 faiz, quş əti və onun əlavə məhsulları – 43,2 faiz, mal əti – 46,4 faiz, təzə tərəvəz – 53,3 faiz, hesablama maşınları, blok və qurğuları – 21,6 faiz, yük avtomobilləri – 15,7 faiz, mebellər – 36,6 faiz, sintetik yuyucu vasitələr – 7,8 faiz, qara metallardan çubuqlar – 65,1 faiz, məişət kondisionerləri – 45,0 faiz, mineral gübrələr – 17,4 faiz, avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 6,2 faiz, polipropilen – 19,9 faiz, məişət soyuducuları – 1,6 faiz, sement – 1,7 faiz artmış, kartof idxalı isə 13,6 faiz, siqaretlər – 79,4 faiz, minik avtomobilləri – 6,5 faiz, dərman vasitələri – 24,9 faiz, polad prokatı – 5,2 faiz, qara metallardan borular – 10,8 faiz, rezin şinlər – 1,7 faiz, polietilen – 9,5 faiz, qara metallardan künclüklər – 11,2 faiz azalmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri