Azərbaycanın ən çox siqaret ixrac və idxal etdiyi ölkələr SİYAHI
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində 2 milyard 379 milyon ədəd siqaret ixrac edib.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 35 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çox) 1 milyard 932 milyon ədəd (+30 %), Rusiyaya 2,6 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 252 milyon ədəd (+4,6 dəfə), Omana 412 min ABŞ dolları dəyərində (+1,5 %) 55 milyon ədəd (+1,3 %), Tacikistana 337 min ABŞ dolları dəyərində 33 milyon ədəd (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 320 min ABŞ dolları dəyərində (+4 dəfə) 32 milyon ədəd (+3 dəfə) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana tədarük (214,2 min ABŞ dolları dəyərində 27,6 ton) həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 13 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















