Ötən il Azərkosmos dünyanın 50 ölkəsinə xidmət ixrac edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 18,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Qeyd edilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,8 milyon ABŞ dolları ilə Lüksemburq, 855,5 min ABŞ dolları ilə BƏƏ, 683,8 min ABŞ dolları ilə Pakistan, 654,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 03 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















