Azərkosmos un ixrac gəlirləri 50 faiz artıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-avqust aylarında Kosmik Agentlik ("Azərkosmos") 17,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
525.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 50 % çoxdur.
8 ayda peyk telekommunikasiya xidmətlərini 36 ölkədən təxminən 95 şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 5 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Lüksemburq (2,1 milyon ABŞ dolları), Türkiyə (874,7 min ABŞ dolları), Pakistan (776,5 min ABŞ dolları) və Tanzaniya (437,2 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 %-dən 61 %-ə düşüb.
Təkcə avqustda isə "Azərkosmos" 2,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə təxminən 47 % çoxdur.
Baxış sayı:71
Bu xəbər 29 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















