Ötən il dövlət büdcəsinin xərcləri proqnozdan 2 mlrd. manat az icra edilib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
2024-cü ildə dövlət büdcəsinə 37 milyard 164,2 milyon manat vəsait daxil olub, büdcədən 37 milyard 719,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 555,5 milyon manatlıq kəsir yaranıb.
“APA-Economics” xəbər verir ki, 2024-cü ilin büdcə proqnozunda gəlirlər 36 milyard 388 milyon manat, xərcləri 39 milyard 742,3 milyon manat idi. Beləliklə ötən il büdcə gəlirləri proqnozdan 776.2 milyon manat çox, büdcə xərcləri isə 2 milyard 22.6 milyon manat az icra edilib.
Xatırladaq ki, 2024-cü ildə büdcə gəlirlərinin 15 milyard 808 milyon manatı (proqnozdan 538 milyon manat) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə, 6 milyard 648.7 milyon manatı (proqnozdan 248.7 milyon manat çox) Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 17 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















