Icma.az
close
up
RU
Ötən ilin dövlət büdcəsinin xərcləri 38 milyard manat

Ötən ilin dövlət büdcəsinin xərcləri 38 milyard manat

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il dövlət büdcəsinin 41 milyard 407.6 milyon manat məbləğində təsdiq olunmuş xərcləri 93.2 faiz və ya 38 milyard 604.6 milyon manat məbləğində icra olunub ki, bu da 2024-cü illə müqayisədə 890.9 milyon manat və ya 2.4 faiz çoxdur.

Ölkə.az xəbər verir ki,  bu məsələ "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd olunub ki, hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29.9 faiz təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 0.1 faiz çoxdur.

2021-ci illə müqayisədə 2025-ci ildə dövlət büdcəsinin xərcləri 11 milyard 182.2 milyon manat və ya 40.8 faiz artmışdır.

Strukturuna görə 2025-ci il dövlət büdcəsi xərclərinin 22 milyard 117.2 milyon manatı və ya 57.3 faizi cari xərclərə (2024-cü illə müqayisədə 773.7 milyon manat və ya 3.6 faiz çox), 2 milyard 99.5 milyon manatı və ya 5.4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2024-cü illə müqayisədə 803.9 milyon manat və ya 62 faiz çox), 14 milyard 387.9 milyon manatı və ya 37.3 faizi əsaslı xərclərə (2024-cü illə müqayisədə 686.7 milyon manat və ya 4.6 faiz az) yönəldilib.

2024-cü illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 0.7 faiz və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə 2.7 faiz-bənd azalıb.

Qeyd olunmalıdır ki, 2025-ci ilin dövlət büdcəsinin icra olunmuş 22.1 milyard manat məbləğində cari xərclərin 92 faizi (2024-cü illə müqayisədə 0.2 faiz çox) və yaxud 20.4 milyard manatı (2024-cü illə müqayisədə 0.8 milyard manat və ya 3.9 faiz çox) qeyri-neft-qaz sektoru üzrə daxilolmalarının hesabına qarşılanıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri