Icma.az
close
up
RU
Ötən il dünyada ən çox qızıl istehsal edən ölkələr ARAŞDIRMA

Ötən il dünyada ən çox qızıl istehsal edən ölkələr ARAŞDIRMA

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

COVID-19 pandemiyası və geosiyasi gərginliyin yaratdığı iqtisadi qeyri-müəyyənliklər fonunda son illərdə qızılın qlobal qiyməti artıb və bu, dünyanın aparıcı istehsalçılarının marağına səbəb olub.

Ölkələr inflyasiya ilə mübarizə apararkən və təhlükəsiz aktivlər axtararkən, mərkəzi banklar qızıl tələbini artırıblar.

Bəs ötən il hansı ölkələr daha çox qızıl istehsal edib?

İqtisadiyyat.az-ın araşdırmasına görə, 2024-cü ildə Çin, Rusiya, Avstraliya və Kanada müvafiq olaraq dünyanın ən böyük qızıl istehsalçıları olublar. Həmin il qlobal qızıl istehsalı təxminən 3300 tona çatıb.

Ötən il dünya üzrə ən çox qızıl hasil edən ölkə Çin olub. Hesabat dövründə bu ölkə 380 ton qızıl istehsal edib.

Ümumillikdə 2024-cü ildə ən çox qızıl hasil edən ölkələr aşağıdakılardır:

ÖlkəQızıl hasilatının həcmiÇin380 tonRusiya310 tonAvstraliya290 tonKanada200 tonABŞ170 tonQazaxıstan130 tonMeksika130 tonQana130 tonÖzbəkistan120 tonİndoneziya100 ton

Araşdırmalara görə, daha yüksək zərgərlik istehlakı və investisiya tələbinin əhəmiyyətli dərəcədə artması Hindistanı dünyanın ən böyük qızıl istehlakçısı edib. 2024-cü ildə Hindistanın zərgərlik məmulatları istehlakı 563,4 tona çataraq Çini geridə qoyub. Hindistan bu sektorda dünyanın ən böyük qızıl istehlakçısı kimi mövqeyini möhkəmləndirib. Ölkənin ümumi qızıl tələbi illik müqayisədə 5% artaraq 2024-cü ildə 802,8 tona çatıb.

Məlumata görə, qızıl qiymətləri ötən il 28%, bu ilin əvvəlindən bəri isə 31%-dən çox artıb.

2024-cü il qızıl tələbində rekord artım müşahidə olunub. Belə ki, ötən il qlobal qızıl tələbi illik müqayisədə 1% artaraq 4,974 tona çatıb. Mərkəzi banklar və investorlar qiymətlərin artmasında, qızılın rekord səviyyəyə çatmasında əsas rol oynayıblar. Belə ki, mərkəzi bankların alışları ardıcıl üçüncü ildir ki, 1000 tonu ötüb.

Ötən il qızıl sərmayəsi son dörd ilin ən yüksək səviyyəsinə - 1180 tona çatıb. Qızıl külçə və sikkələrə tələbat 1186 ton səviyyəsində sabit qalıb. Texnologiya sektorunda illik qızıl tələbatı isə süni intellekt tətbiqlərindəki davamlı artım sayəsində 21 ton artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri