Icma.az
close
up
RU
Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb AZƏRTAC

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 yanvar, AZƏRTAC

2024-cü ildə dünya üzrə elektrik avtomobillərin satışı 2023-cü illə müqayisədə 25 faiz artıb.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Rho Motion” araşdırma şirkətinin illik hesabatında qeyd olunub. Məlumata görə, 2024-cü ildə dünyada 17,1 milyon elektrik avtomobil satılıb.

Qeyd edilib ki, Avropa bazarında elektrik avtomobil satışları 2024-cü il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyona enib. Avropada ilin sonuna doğru İngiltərə bazarı 400 mindən çox satılan elektromobil ilə Almaniyanı qabaqlayıb. Almaniyada 2023-cü ilin sonuna doğru elektrik avtomobil subsidiyalarının ləğvindən sonra 2024-cü ildə satışlar azalıb.

Bundan başqa, elektrik avtomobillərə tətbiq edilən vergi endirimlərindən sonra ABŞ və Kanada bazarlarında satışlar 9 faiz artaraq 1,8 milyona yüksəlib. Təkcə ABŞ və Kanada bazarları ötən ilin dekabr ayında 185 mindən çox elektrik avtomobil satışı ilə ili ən yüksək göstərici ilə başa vurub. Şimali Amerika bazarı son bir ildə ardıcıl olaraq orta hesabla 10 faiz artıb.

Şirkətin hesabatında həmçinin qeyd olunub ki, ötən il Çində elektromobil satışları 40 faiz artaraq 11 milyona çatıb. Belə ki, ötən il dünya üzrə elektrik avtomobil satışının yarıdan çoxu Çində olub. 2024-cü ildə ölkədə elektrikli avtomobil satışlarının üçdə birindən çoxu BYD modellərinin payına düşüb ki, bu da onu ən çox satılan elektrikli avtomobil markasına çevirib.

Ümumumilikdə, ötən il elektrik avtomobil satışının 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın digər hissələrində baş verib. Dünyanın digər yerlərində elektromobillərin 1,3 milyonluq satış həcmi belə 2023-cü ilə nisbətən 27 faiz artım deməkdir.

“Rho Motion” şirkətinin meneceri Çarls Lester bildirib ki, 2023-cü ildə elektrik avtomobil satışları rekord həddə çatdıqdan sonra 2024-cü ildə tendensiya davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri