Icma.az
close
up
RU
Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Heyvandarlıq sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatının dayanıqlı inkişafında strateji əhəmiyyətə malik əsas istiqamətlərdən biridir. 2024-cü ildə kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı 12,9 milyard manat təşkil edib, bunun 52,5 faizi və ya 6,8 milyard manatı heyvandarlıq sektorunun payına düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsində tədbirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirədə deyib.

Nazir qeyd edib ki, bu göstəricilər sektorun aqrar iqtisadiyyatda aparıcı rolunu aydın şəkildə nümayiş etdirir.

“Son beş il ərzində heyvandarlıq məhsulları üzrə istehsal dinamikasında müsbət meyillər müşahidə edilib. Belə ki, ümumi ət istehsalı 11,6 faiz, o cümlədən mal əti istehsalı 6,8 faiz artıb, quş əti istehsalı 24,1 faiz, yumurta istehsalı isə 14,8 faiz yüksəlib. 2025-ci ilin ilk doqquz ayında da bu artım tendensiyası davam edib, ət istehsalında 1,2 faiz, süd istehsalında isə 0,3 faiz artım qeydə alınıb. Bununla yanaşı, aparılan müşahidələr göstərir ki, son illərdə heyvan baş sayında azalma meyli mövcuddur. 2024-cü ildə ölkə üzrə 2,5 milyon baş iribuynuzlu və 6,9 milyon baş xırdabuynuzlu heyvan qeydə alınıb ki, bu da son üç il ərzində müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir. Mövcud vəziyyət məhsuldarlığın artırılmasını və struktur islahatlarının dərinləşdirilməsini zəruri edir”, - deyə nazir vurğulayıb.

M.Məmmədov bildirib ki, heyvandarlıq məhsullarının xarici ticarət balansında idxalı hələ də üstünlük təşkil etsə də, ixrac istiqamətində müsbət dinamika formalaşmaqdadır: “2025-ci ilin ilk 11 ayının nəticələrinə əsasən yumurta ixracı 34,9 faiz artaraq 10,6 milyon dollara çatıb. İdxal asılılığının əsas səbəbləri sırasında əhali artımı fonunda istehlakın genişlənməsi, məhsuldarlıq səviyyəsinin aşağı olması və kiçik təsərrüfatların emal və bazar infrastrukturlarına çıxış imkanlarının məhdudluğu qeyd edilməlidir. Dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. 2021–2025-ci illər ərzində 25 min 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir”.

M.Məmmədov onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili, inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır.

“Aparılan təhlillər sektorun əsas problemləri kimi cins heyvanların ümumi sürüdə xüsusi çəkisinin aşağı olmasını, yerli cinslərin məhsuldarlıq göstəricilərinin zəifliyini, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğunu və kiçik təsərrüfatlarda istehsal olunan məhsulların emala cəlb edilməsində mövcud çətinlikləri ön plana çıxarır. Bu problemlərin aradan qaldırılması məqsədilə heyvandarlıq məhsulları istehsalının artırılması və özünütəminat səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli dəyər zəncirinin formalaşdırılması, damazlıq işinin və süni mayalanma sisteminin təkmilləşdirilməsi, aqrar xidmətlərin institusional əsaslarının gücləndirilməsi və otlaq resurslarından səmərəli istifadənin təmin edilməsi prioritet istiqamətlər kimi müəyyən edilib. Bu çərçivədə istehsal xərclərinin qismən subsidiyalaşdırılması, investisiya təşviqlərinin genişləndirilməsi və vergi mexanizmlərinin təkmilləşdirilməsi üzrə yeni siyasət təşəbbüsləri formalaşdırılmaqda və aidiyyəti qurumlarla müzakirə olunmaqdadır. Əminik ki, həyata keçirilən bu kompleks və ardıcıl tədbirlər heyvandarlıq sektorunda məhsuldarlığın yüksəldilməsinə, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir”, - deyə nazir diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri