Ötən il Hərbi Prokurorluqda 6 minə yaxın vətəndaş qəbul edilib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Ötən il Hərbi Prokurorluqda “962-Etimad xətti” yaradılıb, fəaliyyətdə olduğu 4 aylıq müddətdə həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda keçirilən 2025-ci il ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, ötən ildə Hərbi Prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.
Ötən il hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.
Baxış sayı:81
Bu xəbər 23 Yanvar 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















