Hərbi Prokurorluqda yeni təyinat olub
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hərbi Prokurorluqda yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.
Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildə təyin olunub. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağın hərbi prokuroru vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.
Gülşən Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 19 Avqust 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















