Icma.az
close
up
RU
Ötən il icbari tibbi sığorta barədə maarifləndirmə tədbirləri keçirilib

Ötən il icbari tibbi sığorta barədə maarifləndirmə tədbirləri keçirilib

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığı artırmaq məqsədilə ötən il də genişmiqyaslı tədbirlər həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, qurumun prioritet fəaliyyət istiqamətləri çərçivəsində müxtəlif layihələr icra olunub.

Əhali Agentliyin təkmilləşdirilmiş rəsmi internet saytı və “e-Tabib” mobil tətbiqindəki yeniliklər barədə mütəmadi olaraq televiziya, radio və sosial media vasitəsilə məlumatlandırılıb. “Tibb müəssisələrinin axtarışı” bölməsi, interaktiv xəritə, abunəlik xidməti və məmnuniyyət sorğusu funksiyası barədə ətraflı məlumat verilib.

Əhalini qurumun fəaliyyəti və icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə məlumatlandırmaq məqsədilə 104 məlumat paylaşılıb, televiziya, radio və internet kanallarında 282 veriliş və süjet yayımlanıb. Mediadan daxil olan 528 sorğu və sosial media üzərindən göndərilən 2971 sorğu cavablandırılıb. Sosial media hesablarında icbari tibbi sığortadan istifadə qaydaları, Xidmətlər Zərfi, sağlam həyat tərzi, gender zorakılığı, erkən nikah, qohum evliliyi və digər istiqamətlərdə 3279 paylaşım edilib.

Əhali ilə birbaşa ünsiyyət tədbirləri də geniş şəkildə təşkil olunub. Dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, tələbələr, məktəblilər və valideynlər üçün icbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi, göndərişlərin verilməsi qaydaları, ailə həkimi və sağlam həyat tərzi mövzusunda təşkil edilən 295 maarifləndirmə tədbirində 17 759 nəfər məlumatlandırılıb. Həmçinin media və vətəndaş cəmiyyəti nümayəndələrini icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə daha dolğun məlumatlandırmaq məqsədilə Agentlik və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən 4 media-tur və 2 təlim keçirilib. Bundan əlavə, Agentliyin Çağrı mərkəzinin fəaliyyəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günü təşkil edilib. Tədbirlərdə ümumilikdə 252 nəfər nümayəndə iştirak edib.

Reklam və informasiya kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib. DOST TV ilə əməkdaşlıq çərçivəsində “Sığorta vaxtı” verilişinin 32 buraxılışı yayımlanıb. Agentliyin Facebook və Instagram səhifəsində ümumilikdə 24 canlı yayım təşkil olunub. ARB TV-də icbari tibbi sığortaya həsr olunmuş həftəlik “Güvənli sabah” verilişinin 11 buraxılışı, Real TV ilə əməkdaşlıq nəticəsində isə “İnsan” verilişinin 4 buraxılışı yayımlanıb. Eyni zamanda, ASAN Radio ilə əməkdaşlıq çərçivəsində həftə içi gündə 5 dəfə “1 sual, 1 cavab” rubrikasında dinləyicilərə icbari tibbi sığorta sistemi barədə məlumat verilib.

Bununla yanaşı, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Dövlət İdman Akademiyası, Sumqayıt Olimpiya İdman Kompleksi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 79 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində 817 monitor vasitəsilə 2 formatda və 8 müxtəlif məzmunda məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib. Eşitmə məhdudiyyəti olan şəxslər üçün işarə dilində 10 video hazırlanıb, görmə qabiliyyəti məhdud şəxslər üçün Brayl əlifbası ilə 2000 sayda 2 təlimat kitabçası çap edilib.

İcbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə bukletlər və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinə dair flayerlər çap olunub. Ümumilikdə 26 növ maarifləndirici çap materialı ilə bağlı nəşr olunan 28 000 poster, 31 000 buklet, 56 000 flayer TƏBİB tabeli və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında paylanılıb. Habelə, brayl əlifbası ilə çap olunmuş 1700 sayda kitabça Sosial Xidmətlər Agentliyi, TƏBİB və Bakı şəhər 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə paylanılıb. 18 metro stansiyasında 40 reklam və məlumatlandırma lövhəsi nümayiş etdirilib.

Agentlik əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində əməkdaşlıq edən bütün tərəfdaşlara təşəkkürünü bildirir və gələcəkdə yeni təşəbbüslərin birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə inanır.

İcbari tibbi sığorta ilə bağlı məlumat və yenilikləri agentliyin rəsmi saytından və sosial media hesablarından izləmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri