Icma.az
close
up
RU
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib AZƏRTAC

Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il icbari tibbi sığorta çərçivəsində 5,2 milyondan çox şəxs tibb müəssisələrinə 24,1 milyon dəfə müraciət edib və ölkə əhalisinin 54 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84,4 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası ən çox xidmət göstərən tibb müəssisələrinin ilk beşliyinə daxildir.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində vətəndaşların göstərilməsi mümkün olmayan xidmətləri əldə etməsi üçün onlara agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 331 min 984 göndəriş verilib. Ötən ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 min 195 əməliyyat və prosedurdan yararlanıb.

Bu xidmətlərdən 3 min 55-i uşaqlara, 185 min 140-ı isə böyüklərə göstərilib. Sözügedən əməliyyat və proseduralardan 51 min 670-ni invaziv radiologiya, 41 min 131-ni oftalmoloji, 32 min 974-nü ürək-damar cərrahiyəsi üzrə xidmətlər təşkil edib.

Ötən ilin 11 ayı ərzində xidmətlər zərfi çərçivəsində 151 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 50 faizini böyrək, 46 faizini qaraciyər, 4 faizini isə sümük iliyi transplantasiyı əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri