Ötən il KOB evlərində sahibkarlara 456 minə yaxın xidmət göstərilib
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər.
2024-cü il ərzində KOB evlərində sahibkarlara ümumilikdə 455944 xidmət göstərilib. Bu xidmətlərin 307 mindən çoxu "Bakı KOB evi"nin, 112 mindən çoxu "Yevlax KOB evi"nin, 22 mindən çoxu "Xaçmaz KOB evi"nin, 14 min 600-dən çoxu isə "Xaçmaz KOB evi"nin Xudatdakı xidmət mərkəzinin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 408 minə yaxını dövlət qurumları ("G2B"), 48 mindən çoxu isə biznes qurumları ("B2B") tərəfindən təqdim edilib.
Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edib.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Yanvar 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















