Xaçmaz KOB evi nin Xudatdakı xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Xaçmaz KOB evi"nin Xudat şəhərində yerləşən "Food City" Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər.
Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir. Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.
Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















