Ötən il rayon təklif olundu, imtina etdim MİQ də 70 bal TOPLADI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İmtahan nə çox asan, nə də çox çətin keçdi, yaxşı hazırlaşanlar daha yüksək bal toplaya bilər".
Redaktor.az xəbər verir ki, bu sözləri MİQ imtahanında 70.25 bal toplayan namizəd azedu.az-a açıqlamasında bildirib.
"Qazax rayonundan gəlmişəm. Bakı Dövlət Universitetinin Qazax filialını riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə bitirmişəm. Hazırda müəllim kimi fəaliyyət göstərmirəm, magistr təhsilim də yoxdur.
Bu il MİQ imtahanında informatika fənni üzrə iştirak etdim və 70.25 bal topladım. Bu nəticə ilə Bakı istiqamətində yerləşəcəyimə ümid edirəm. İmtahan sualları mənim fikrimcə orta səviyyədə idi.
Nə çox asan idi, nə də həddindən artıq çətin. Həm ixtisas, həm də kurikulum sualları normal hazırlanmışdı. Əlbəttə, hər kəsin hazırlıq səviyyəsi fərqlidir. Yaxşı hazırlaşan namizədlər daha yüksək nəticə əldə edə bilərdilər.
Bu, MİQ-də ikinci iştirakımdır. Ötən il 54 bal toplamışdım və vakansiya seçimi zamanı rayonlardan birinə yerləşdirilmişdim. Lakin həmin yerdə işləmək istəmədiyim üçün imtina etdim. Bu ilki nəticəmdən razıyam və ümid edirəm ki, istədiyim məktəbdə müəllim kimi fəaliyyətə başlayacağam. Bütün imtahan iştirakçılarına da uğurlar arzulayıram".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 İyul 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















