Ötən il təkrarsığorta haqları 12 faiz azalıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 aprel, AZƏRTAC
Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci il ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12 faiz (19 milyon manat) azalaraq 135 milyon manat olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi Hesabatı"na istinadla xəbər verir ki, ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8,4 faiz təşkil edib.
Ötürülən təkrarsığorta haqlarının 4,7 faizi (6,3 milyon manat) həyat sığorta sinifləri, 95,3 faizi isə (128,8 milyon manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0,97 faizi, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15,1 faizi təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Aprel 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















