Ötən il ölkədə avtoqəzaların sayı əvvəlki illə müqayisədə 12 faiz azalıb
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən il Azərbaycanda 2024-cü illə müqayisədə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı 1427-dən 1252-yə enərək 175 fakt, yəni təxminən 12 faiz azalıb.
Bunu Gununsesi.info-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 764 nəfərdən 689 nəfərə düşərək 75 nəfər, yəni təxminən 10 faiz azalıb:
“Statistik göstəricilər yol hərəkəti təhlükəsizliyi sahəsində müəyyən müsbət dinamikanın formalaşdığını göstərsə də, aparılan təhlillər yol-nəqliyyat hadisələrinin başvermə səbəblərinin əsasən insan amili ilə bağlı olduğunu təsdiqləyir. Qəzaların əhəmiyyətli hissəsi həm sürücülərin, həm də piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir”.
Rövşən Tağıyev əlavə edib ki, sürücülərin təqsiri ilə qeydə alınan avtoqəzaların böyük əksəriyyətində nəqliyyat vasitələrinin sürət həddini aşmaqla idarə edilməsi, ötmə qaydalarının pozulması və diqqətsizlik əsas amillər kimi ön plana çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 10 Yanvar 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















