Icma.az
close
up
RU
Ötən mövsüm ən çox oyuna çıxan futbolçu kimdi? Aktürkoğlu 5 ci pillədədi

Ötən mövsüm ən çox oyuna çıxan futbolçu kimdi? Aktürkoğlu 5 ci pillədədi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Peşəkar Futbolçular Birliyi (Fifpro) 2024/25 mövsümünə aid ''futbolçuların sağlamlığı və performansı'' adlı bir raport açıqlayıb.

Orda ötən mövsüm bütün turnirlərdə ən çox forma geyən futbolçuların siyahısı və digər maraqlı göstəricilər qeyd olunub. Bu siyahıda ötən mövsümü ''Benfika''da keçirən, bu yay isə ''Fənərbaxça''ya transfer olunan Kərəm Aktürkoğlunun 5-ci pillədə yer alması diqqət çəkib.
26 yaşlı futbolçu ötən mövsüm ''Benfika''nın heyətində daxili turnirlərdə 40, avrokuboklarda 18, hazırlıq oyunlarında 1, Türkiyə yığmasında isə 10 oyunda olmaqla ümumilikdə 69 qarşılaşmada forma geyib. Siyahının zirvəsində 40 yaşlı Luka Modriçin qərarlaşması heyrət doğurmaya bilməz. ''Qızıl top''u qazanmış xorvatiyalı əfsanə klub futbolunda 66, yığmada isə 10 oyunda olmaqla 76 matçda forma geyib.
Xatırladaq ki, uzun illər ''Real''da çıxış etmiş Modriç bu mövsüm ''Milan''ın uğurları üçün tər tökür. Sonrakı pillələrdə ''Real''dan Federiko Valverde (72), PSJ-dən Fabian Ruiz (71) və ''İnter''dən Alessandro Bastoni (70) qərarlaşıb. Əşrəf Hakimi, Coşua Kimmix, Pedri, Joao Neveş və Dezire Due də Kərəm kimi 69 oyun keçirib. Bundan başqa futbolçuların adlarının mövsüm ərzində neçə dəfə iştirak ərizəsinə salınması ilə bağlı statistika da açıqlanıb.
Maraqlıdı ki, bu siyahıya türkiyəli ulduz Arda Gülər başçılıq edir. Klublararası Dünya Çempionatını da nəzərə alsaq, Arda ötən mövsüm klub və yığma səviyyəsində 80 matçın iştirak ərizəsinə düşüb!
''Barselona'' və İspaniya yığmasının gənc ulduzu Lamin Yamal isə 18 yaşı tamam olana peşəkar səviyyədə 130 oyun keçirməklə bu göstəricidə futbol tarixinin yeni rekordçusu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri