Icma.az
close
up
RU
Oturacağa keçirilən üzlük qəza zamanı təhlükə riskini artırır? EKSPERT DANIŞDI

Oturacağa keçirilən üzlük qəza zamanı təhlükə riskini artırır? EKSPERT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Əvvəla qeyd etmək lazımdır ki, buradakı əsas məsələ avtomobil qəzalarının səbəblərinin kompleks xarakter daşımasıdır. Xüsusilə də istehsal sonrası nəqliyyat vasitələrinə edilən müdaxilələr – istər yaşla bağlı texniki dəyişikliklər, istərsə də istifadəçi tərəfindən quraşdırılmış əlavə avadanlıqlar – qəza riskini artıran ciddi amillərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Aslan Əsədov sözlərinə belə davam edib: “Zavod istehsalı olan avtomobillərə sonradan əlavə qurğuların quraşdırılması, qeyri-standart şəkildə texniki təmir və ya “modernizasiya” məqsədilə aparılan dəyişikliklər nəqliyyat vasitəsinin ilkin təhlükəsizlik parametrlərini poza bilər. Bu isə qəza anında nəqliyyat vasitəsinin özünü qoruma (sığortalama) qabiliyyətini zəiflədir. Digər sözlə, bu cür dəyişikliklər qəzanın qarşısının alınmasını çətinləşdirə və qəzanın nəticələrini daha ağır hala gətirə bilər.

Bu baxımdan, avtomobil sahiblərinin istehsalçı tərəfindən müəyyənləşdirilmiş texniki göstəricilərə və təhlükəsizlik standartlarına riayət etməsi vacibdir. Əks halda, bu cür müdaxilələr təkcə fərdi sürücü və sərnişinlər üçün deyil, ümumilikdə yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yarada bilər. Artıq bu məsələlər KİV-də də geniş şəkildə müzakirə olunur və ictimai narahatlıq doğurur.

Digər tərəfdən, bu cür texniki dəyişikliklər avtomobilin sonrakı mərhələlərdə texniki baxışdan keçməsinə və ya hüquqi qeydiyyata alınmasına da maneə yarada bilər. Bütün bu hallar göstərir ki, qəza riskinin minimallaşdırılması üçün istehsal sonrası texniki dəyişikliklərə ciddi nəzarət edilməli, yalnız müvafiq səlahiyyətli qurumların icazəsi ilə həyata keçirilməlidir. Nəticə olaraq, avtomobillərdə qeyri-qanuni və ya standartdan kənar dəyişikliklərə yol verilməsi, nəinki texniki baxımdan düzgün deyil, həm də hüquqi və sosial baxımdan risklidir. Ona görə də nəqliyyat vasitələrinin təhlükəsizlik göstəriciləri hər zaman prioritet saxlanmalı, texniki müdaxilələr peşəkar səviyyədə və normativ tələblərə uyğun şəkildə həyata keçirilməlidir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri