Oturaq həyat tərzinin ZƏRƏRLƏRİ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Oturaq həyat tərzinin bir sıra mənfi cəhətləri var.
Redaktor.az xəbər verir ki, psixoloq Meqan Qlenn və Harvard professoru Devid Sinkler "Yahoo Health"ə açıqlamalarında oturaq həyat tərzinin sağlamlığa mənfi təsirlərindən danışıblar.
Qlenn bildirib ki, uzun müddət hərəkətsiz qalmaq təkcə üzün və bədənin deyil, beynin də daha tez qocalmasına səbəb ola bilər.
Devid Sinkler isə qeyd edib ki, araşdırmalar oturaq həyat tərzinin beyinə qan axınını azaltdığını, insulin müqavimətinə səbəb olduğunu və idrak problemləri riskini artırdığını göstərir.
Mütəxəssisin sözlərinə görə, bu riskləri azaltmaq üçün mütləq idman zalına getmək lazım deyil. Gündəlik gəzintilər etmək və gün ərzində mütəmadi hərəkət etmək kifayət edə bilər.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 İyul 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















