Oturaq işdə çalışanları gözləyən yeni təhlükə
Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ mütəxəssislərinin oturaq iş ilə sidik sistemi xərçənginin inkişafı arasında əlaqə olduğunu bildirdilər. Onlar bu qənaətə 2000 nəfərin iştirak etdiyi eksperimentdən sonra gəliblər.
“Medicina” xəbər verir ki, alimlər iki minə yaxın könüllünün tibbi məlumatlarını təhlil edərək onları həyat tərzinin xüsusiyyətləri ilə müqayisə ediblər.
Onlar arasında böyrək xərçəngi, həmçinin sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş xəstələr var idi. Sağlam könüllülər ayrı bir qrupa seçildi. Bütün iştirakçılar yenidən tibbi müayinələrdən və anketlərdən keçdilər.
Əldə edilən məlumatları tədqiq edən həkimlər böyrək və sidik kisəsində bədxassəli şişləri olan könüllülərin 70%-dən çoxunun oturaq işlə məşğul olduğunu və ümumiyyətlə gün ərzində az hərəkət etdiyini müəyyən ediblər.
Sağlam könüllülər qrupu gündəlik həyatlarında daha yüksək fiziki aktivliyə malik idi.
Alimlər qeyd ediblər ki, böyrək və sidik kisəsi xərçənginin inkişafında əsas təhrikedici faktorun insanın kifayət qədər fiziki fəaliyyət göstərməməsi olduğunu tam əminliklə söyləmək hələ mümkün deyil.
Bu korrelyasiya (əgər varsa) digər tədqiqatlarla təsdiqlənməlidir. Buna baxmayaraq, mütəxəssislər insanlara mümkün təhlükəyə məruz qalmamağı və daha çox hərəkət etməyi tövsiyə edir.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















