Icma.az
close
up
RU
Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Qubada dəfn olunub

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Qubada dəfn olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 16-da Birinci Qarabağ müharibəsi şəhidi Ərzumanov Elşən İsaməddin oğlunun nəşinin qalıqları Qubada dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü ildə şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 32 il sonra doğma yurdunda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Quba Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və sakinlər iştirak ediblər.

Doğulub boya-başa çatdığı evdə vida mərsimi keçirildikdən sonra şəhid Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Elşən Ərzumanov Qubadakı Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin qardaşına təqdim edilib.

Şəhid Ərzumanov Elşən İsaməddin oğlu 23 aprel 1974-cü ildə Quba şəhərində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonu istiqamətində qəhrəmanlıqla döyüşüb. 1993-cü il aprelin 5-də Murovdağ uğrunda gedən şiddətli döyüşlər zamanı itkin düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see209

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see202

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see177

“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV

17 Noyabr 2025 21:38see164

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see140

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see130

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see129

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see127

Taksi sürücüləri və sərnişinlər arasında imtiyaz savaşı : Problem nə vaxt həll olunacaq?

17 Noyabr 2025 08:53see126

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see124

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see124

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see124

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see123

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see123

ABŞ hava limanlarında uçuş məhdudiyyətini aradan qaldırır

17 Noyabr 2025 07:18see123

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see121

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see120

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see120

ABŞ ın San Dieqo şəhərində Azərbaycan Amerika dostluq konserti təşkil olunub

17 Noyabr 2025 07:16see117

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri