Icma.az
close
up
RU
Şəhidlik zirvəsinə ucalan qəhrəman

Şəhidlik zirvəsinə ucalan qəhrəman

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun doğum günüdür

Bu gün Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Valeh Müslümovun şəhid olmasından 34 il ötür. Mənfur düşmənlərimizin xalqımıza, dövlətimizə qarşı əsassız torpaq iddiaları nəticəsində alovlanan Dağlıq Qarabağ müharibəsində ürəyi Vətən eşqi ilə döyünən minlərlə igid oğullarımız kimi Valeh də torpaqlarımızın müdafiəsinə qalxmışdı. Valeh Əlizahid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olmuşdur. 1983-cü ildə Lerik şəhər 2 saylı orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhər 17 saylı peşə məktəbinə daxil olmuşdur. Valeh burada təhsil aldığı zaman həm də idmanla məşğul olmuşdur. Əmək fəaliyyətinə tikinti trestində başlamışdır. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1988-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Sumqayıt şəhərinə qayıdır. 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində döyüşlərdə iştirak edir. Füzuli rayonunda döyüş əməliyyatlarının birində düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarının cəsədlərini götürmək üçün həyatını riskə atır. Döyüşdə öz cəsurluğu, qorxmazlığı və igidliyi ilə hamının məhəbbətini qazanan Valeh Müslümov 1992-ci ilin aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan kəndi uğrunda gedən döyüşdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Düşmənlə qeyri-bərabər döyüşdə şəhid olan və yaralanan 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparmışdır. O, axırıncı yoldaşını xilas edərkən aldığı ağır yaradan şəhidlik zirvəsinə ucalmışdır. Valeh 24 il öncə – 1992-ci il aprelin 10-da uğrunda canını belə əsirgəmədiyi Vətən torpağında torpağa tapşırılıb. Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də məhz Valeh Müslümov olmuşdur. Şəhid olmasından 34 il keçməsinə baxmayaraq, onun xatirəsi həmişə qəlbimizdədir. Onun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Lerik şəhərinin küçələrindən birinə və təhsil aldığı orta məktəbə onun adı verilmiş, büstü ucaldılmışdır. 

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün bütün şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olan insanlara yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Hər bir şəhid ailəsinə xüsusi təqaüd təyin olunmuş, hər birinin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər bu gündə davam etdirilir.

Müşfiq MİRZƏ
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri