Övlad həsrətini kitaba köçürən Aləmzar Xudiyeva oxucularla görüşdü
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində yazıçı Aləmzar Xudiyeva oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan müəllifin 5 kitabı işıq üzü görüb.
MÖVZU İLƏ BAĞLI:
Şairə Firəngiz Əhmədova balaca oxucularını sevindirdi
Aləmzar Xudiyeva yaradıcılığında əsasən hekayə və şeir janrlarına üstünlük verir. Onun əsərlərində sevgi, vətənpərvərlik və qəhrəmanlıq mövzuları xüsusi yer tutur.
Festival çərçivəsində müəllifin “Qəlbdən qəlbə gedən yol” və “Görən niyə belə darıxıram?” kitabları oxuculara təqdim olunub.
Bildirilib ki, “Görən niyə belə darıxıram?” müəllifin ilk kitabıdır. O, bu əsəri itirdiyi övladlarına həsr edib və məhz həmin kitabdan sonra yaradıcılığa daha ciddi şəkildə başlayıb. Kitabda ana ağrısı, həsrət və insan duyğuları bədii şəkildə əks etdirilib.
Qeyd edək ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 24 May 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















