Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Zəhmət çəkirsinizsə, nəticə mütləq olur” 600 dən yüksək bal toplayaraq DİA ya qəbul olmuş Fatimə Xudiyeva ilə MÜSAHİBƏ

Zəhmət çəkirsinizsə, nəticə mütləq olur” 600 dən yüksək bal toplayaraq DİA ya qəbul olmuş Fatimə Xudiyeva ilə MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 oktyabr, Gözəl Ağayeva, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul olan Fatimə Xudiyeva uğur hekayəsini bölüşür. Fatimə ilə imtahanlara hazırlıq prosesi, ailəsinin dəstəyi, gələcək planları və Akademiya barədə ilk təəssüratları haqqında danışdıq. Onunla müsahibəni təqdim edirik.

-Əvvəlcə özün haqqında məlumat verərdin. Hansı məktəbi bitirmisən?

- Mən Bakı şəhərində anadan olmuşam. 220 nömrəli məktəb-liseyin məzunuyam. Buraxılış və blok imtahanlarında ümumilikdə 609.1 bal toplayaraq Dövlət İdarəçiliyi Akademiyasına dövlət və ictimai münasibətlər ixtisası üzrə qəbul olmuşam.

- Dövlət İdarəçiliyi Akademiyasını seçməyiniz nə ilə bağlıdır?

-Dövlət idarəçiliyinə marağım hələ məktəb illərindən başlayıb. Onu da bilirəm ki, bu sahə böyük məsuliyyət tələb edir, lakin DİA-da ali təhsil almaq eyni zamanda ölkəmizə gələcəkdə faydalı olmağın ən gözəl yollarından biridir. Akademiyamız peşəkar kadr yetişdirilməsində fərqlənir. Bütün bunlar buranı seçməyimin səbəbləridir. Digər tərəfdən, dostlarım arasında bu akademiyanı bitirənlər var. Onların təəssüratları da məni həvəsləndirdi və mən də buraya qəbul olmaq arzuma çata bildim.

-İmtahanlara necə hazırlaşırdın? Hansı fəndən çətinliyin olub?

-Fikrimcə, imtahanlara hazırlaşmaq özlüyündə çətin prosesdir. Lakin mən planlı şəkildə çalışırdım. Hər gün özüm üçün konkret planlar qururdum, amma bəzən bu planları poza bilirdim, həmin gün nə edəcəyimi yaxşıca düşünürdüm. Məktəbdəki dərslərlə yanaşı, repetitor yanında da hazırlaşmışam. Hazırlıq zamanı test toplularından, müxtəlif vəsaitlərdən istifadə edirdim. Həmçinin sosial şəbəkələrdə - instaqramda, teleqramda müxtəlif müəllimlərin sınaqları, qeydləri olurdu. Bu qeydlərdən də istifadə etmişəm. Çalışırdım ki, dərsdən gələndən sonra müəllimin dediklərindən bir nəticə çıxarım. Bunun üçün mövzunu oxuyub qeydlər aparırdım və həmin qeydlər çox köməyimə gəlirdi. Hazırlıq zamanı xüsusi çətinlik çəkdiyim bir fənn olmayıb. Bəzilərinə elə gəlir ki, III ixtisas qrupu üçün riyaziyyat çətindir. Lakin məndə riyaziyyata böyük həvəs olub və bu fəndən də yüksək bal topladım.

-İmtahana hazırlaşdığın dövrdə istirahətini necə keçirirdin?

-Hazırlıq dövründə istirahətə həqiqətən çox az vaxt qalırdı. Rejimin, qidalanmam pozulmuşdu. Hətta indi, necə deyərlər, yeni həyatıma çətinliklə uyğunlaşıram. Çünki hazırlıq dövründə bəzən gecə 2-3 saat yatdığım vaxtlar olurdu. Buna səbəb səhər tezdən məktəbə getməyim, məktəbdən sonra da hazırlığa getməyim idi. Bəzən elə olurdu ki, evə axşam 8-də gəlirdim. Gələndən sonra yatırdım, gecə durub səhərə qədər dərs oxuyurdum. Həqiqətən də çətin günlər idi. Amma insanın məqsədi yadına düşəndə yorğunluğu yadından çıxır. Amma bu o demək deyil ki, mən gecə-gündüz dayanmadan oxumuşam, telefona baxmamışam, istirahətə vaxt ayırmamışam. Sadəcə bunları planlı şəkildə edirdim. Rejimi düzgün qurmadıqda, ya da mövzuları ötürəndə gecələri yuxusuz qaldığım hallar da olurdu. Lakin onu da qarşıma məqsəd qoymuşdum ki, dərsimi oxumadan başqa bir işlə məşğul olmayacağam. İlk növbədə, dərsimi bitirirdim, sonra sosial şəbəkədə müəyyən qədər vaxt keçirirdim. Filmlərə də baxırdım. Bunlar mənim üçün bir istirahət idi. Lakin gəzintiyə çox vaxtım olmurdu. Hətta ailəmiz bir yerə gedəndə mən getmirdim ki, dərsim var. Belə hallar da olub.

-Ailədə sənə ən çox kim dəstək oldu?

-Ailə üzvlərimin hər birinin dəstəyini hər zaman hiss etmişəm. Anam, atam, bacım, qardaşım hər zaman yanımda olublar. Bir də bibimin dəstəyini hər zaman görmüşəm. Yorulduğum zaman hər dəfə məni ruhlandıran, ən çox dəstək verən bibim olub.

-Dövlət İdarəçilik Akademiyasında təhsilini başa vurduqdan sonra planların nədir?

-Ümumiyyətlə, təhsil aldığım illəri yalnız dərs oxumaqla keçirmək istəmirəm. Fikrimcə, təhsil almaqla yanaşı, təcrübə toplamaq da lazımdır. Könüllü fəaliyyətlərində iştirak etmək istəyirəm. Gələcəkdə magistratura təhsilimi də Dövlət İdarəçilik Akademiyasında davam etdirmək istəyirəm. Sonra dövlət qulluğu üzrə çalışmaq, bu sahədə peşəkar olmaq istəyirəm.

- Həmyaşıdlarına nə tövsiyə edərdin?

-Abituriyent olarkən bəzən məni çox bədbin fikirlər də bürüyərdi. Düşünürdüm ki, əziyyətim yerdə qalar, bir nəticə əldə edə bilmərəm, istədiyim ixtisasa qəbul ola bilmərəm… Fikrimcə, belə vəziyyətdən çıxmaq üçün insan özündə bir motivasiya mənbəyi tapmalıdır. Mən deyərdim ki, qarşınıza məqsəd qoyun, ardıcıl şəkildə irəliləyin və nəticəyə hər zaman inanın. Zəhmət çəkirsinizsə, nəticə mütləq olur. Mən bunu öz üzərimdə gördüm. Əlbəttə ki, hər kəsin öyrənmək üsulu fərqlidir. Məsələn, mən yaza-yaza öyrənirdim. Kimsə dinləyə-dinləyə daha yaxşı öyrənir. Hər kəs öz metodunu tapmalıdır. Dərsdə müəllimi hər zaman diqqətlə dinləmişəm. Bu, mövzunu daha asan mənimsəməyə kömək edir. Həm müəllim dərs deyən zaman, həm də evə gəlib mövzunu öyrəndikdən sonra özüm üçün qeydlər aparırdım. Həmin qeydləri tez-tez təkrarlayırdım. Evimizdə mətbəx, yataq otağı, qonaq otağının divarları mənim qeydlərimlə dolu idi. Hara getsəm o qeydlər gözümün önündə olurdu. “Mən bunu sonra edərəm” sözünü deməyin, təxirə salmayın. Çünki hər şey üst-üstə yığılar və qalar. Sonra isə öyrənmək çətin olur, həmin mövzuda zəiflik ola bilər. Çalışın ki, hər şeyi vaxtında edin. Bildiklərinizi də tez-tez təkrar edin”.

- Dövlət İdarəçilik Akademiyası barədə ilk təəssüratın necədir?

-İlk gündən müəllimlərin və tələbələrin mehriban münasibəti məni çox sevindirdi. Dərslər çox maraqlıdır, eyni zamanda, çətindir, məsələn, hüquq kimi fənlər. Amma bu dərslərin peşəkarlar tərəfindən tədrisi məndə çox xoş təəssürat yaratdı. Mühazirələr, seminarlar kimi yeni tədris formatına uyğunlaşmaq vaxt tələb edir, lakin burada mühit çox gözəldir. İstər qrup yoldaşlarım olsun, istər müəllimlərimiz - hamısı çox mehriban, səmimi insanlardır. Dövlət İdarəçilik Akademiyasında təhsil almaqdan həm qürur duyuram, həm də zövq alıram.

Fatimənin hekayəsi bir daha onu göstərir ki, uğur qazanmaq üçün qarşıya məqsəd qoymaq, zəhmət çəkmək və hədəfə doğru ardıcıl şəkildə getmək lazımdır. Onun söylədiyi kimi, “Zəhmət çəkirsinizsə, nəticə mütləq olur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri