Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Övlad sayı pensiya hüquqlarına təsir etməlidir DEPUTAT

Övlad sayı pensiya hüquqlarına təsir etməlidir DEPUTAT

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və pensiya yaşının 65-ə çatdırılması fonunda pensiya sisteminin gələcək dayanıqlılığı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bu kontekstdə çoxuşaqlı ailələrə pensiya sistemində əlavə güzəştlərin verilməsi, övlad sayının pensiya hüquqlarına təsiri və "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir.

Milli Məclisin deputatı Əli Məsimli məsələ ilə bağlı Modern.az-a danışıb. 

Deputat bildirib ki, beynəlxalq təcrübə göstərir ki, bir sıra ölkələrdə pensiya sistemi yalnız yaş, əmək stajı və pensiya kapitalı üzərində qurulmur, ailənin cəmiyyətə verdiyi töhfə də nəzərə alınır.

Onun sözlərinə görə, demoqrafik qocalma ilə üzləşən Avropa ölkələrində çoxuşaqlı valideynlərin pensiya təminatının gücləndirilməsi üçün müxtəlif mexanizmlər tətbiq edilir.

Əli Məsimli qeyd edib ki, Almaniyada hər uşaq üçün ananın pensiya hesabına dövlət tərəfindən 3 illik şərti sığorta haqqı ödənilir, Fransada analara hər uşağa görə əlavə iş stajı verilir və 3 və daha çox uşaq böyüdən valideynlərin pensiyasına 10 faiz əlavə edilir. Polşada ən azı 4 uşaq böyüdən analara minimum zəmanətli pensiya verilir, Macarıstanda isə 4 və daha çox uşağı olan qadınlar gəlir vergisindən azad edilir və pensiya zamanı xüsusi imtiyazlardan yararlanırlar.

Deputat Türkiyə modelinə də toxunaraq bildirib ki, burada analar doğumdan sonra işləmədikləri dövrləri sığorta stajına daxil etdirə, bunun hesabına pensiyaya daha tez çıxa bilirlər. Rusiya və Belarusda isə uşaq sayından asılı olaraq qadınların pensiya yaşı mərhələli şəkildə azaldılır.

Əli Məsimli xatırladıb ki, Azərbaycanda artıq qadın və kişilər üçün pensiya yaşı 65 yaşdır. Yaşa görə pensiya almaq üçün ya fərdi hesabda minimum 46 min 80 manat pensiya kapitalı toplanmalı, ya da ən azı 25 illik sığorta stajı olmalıdır.

Deputat hesab edir ki, ölkədə orta ömür uzunluğu və sağlam ömür göstəriciləri nəzərə alındıqda, 65 yaş pensiya yaşı kifayət qədər yüksəkdir.

"Pensiyaçıların yarıya qədəri, regionlarda yaşayan pensiyaçıların isə böyük hissəsi minimum və ya median pensiya alır. Ona görə də pensiya yaşının azaldılması və pensiya məbləğinin artırılması sosial baxımdan aktual məsələlərdəndir".

Əli Məsimlinin sözlərinə görə, hökumət maliyyə dayanıqlığını əsas gətirərək pensiya yaşının ümumi şəkildə azaldılmasını məqsədəuyğun hesab etmir. Buna baxmayaraq, mövcud qanunvericilikdə 5 və daha çox uşaq doğub onları 8 yaşınadək böyüdən anaların pensiya yaşı 5 il azaldılır.

Deputat bildirib ki, məhz bu yanaşmaya yenidən baxılmalıdır.

"Biz həm Milli Məclisdə, həm də mediada dəfələrlə təklif etmişik ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Bu, həm üç və daha çox uşağı olan ailələr üçün sosial güzəştlərin dairəsini genişləndirər, həm də həmin anaların 60 yaşında pensiyaya çıxmasına imkan verər. Üç uşaqlı anaların pensiya yaşının azaldılması bir sıra ölkələrin modelinə uyğundur və sosial ədalətin qısa müddətdə bərpası üçün ən effektiv yollardan biridir".

Deputat hesab edir ki, Azərbaycanda doğum səviyyəsinin sürətlə azalması bu məsələni daha da aktuallaşdırır.

Onun sözlərinə görə, ölkədə 2015-ci ildə 166 min, 2020-ci ildə 125 min, 2024-cü ildə 102 min, 2025-ci ildə isə təxminən 96 min uşaq doğulub. Beləliklə, yeni doğulan uşaqların sayı son 10 ildə kəskin azalıb.

Əli Məsimli bildirib ki, hazırda Azərbaycanda ailələrin böyük əksəriyyəti bir və ya iki uşaqlıdır, 5 və daha çox uşağı olan ailələr isə ümumi ailələrin cəmi 3 faizini təşkil edir. Bu səbəbdən "çoxuşaqlı ailə" anlayışının əvvəlki meyarlara əsaslanması artıq reallığı əks etdirmir.

Deputatın fikrincə, ölkənin demoqrafik inkişafı baxımından 3 uşaqlı ailə modeli daha real və məqsədəuyğundur.

"Çoxuşaqlı ailə dedikdə bu anlayış 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməlidir. Pensiya yaşının azaldılması da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır".

Əli Məsimli bildirib ki, belə yanaşma həm çoxuşaqlı ailələr üçün müavinət mexanizmini daha əlçatan edər, həm də ölkədə doğum səviyyəsinin yüksəlməsinə stimul verə bilər.

Deputat hesab edir ki, valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi qiymətləndirilməli, buna görə də çoxuşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklərin verilməsi artıq obyektiv zərurətə çevrilib.

Sonda Əli Məsimli vurğulayıb ki, bunun üçün yalnız pensiya güzəştləri kifayət deyil:

"Demoqrafik siyasət, sosial müavinətlər, pensiya güzəştləri, uşaqların sağlam böyüməsi və müasir tələblərə uyğun inkişafını özündə birləşdirən, hüquqi, təşkilati və maliyyə təminatı olan, ən əsası isə işlək icra mexanizminə malik kompleks dövlət proqramının hazırlanmasını vacib hesab edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see299

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see277

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see275

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see274

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see273

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see267

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see267

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see267

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see260

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see240

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see239

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see236

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see231

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see229

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see229

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see225

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri