Icma.az
close
up
RU
Deputat: “Əməkhaqqının artması pensiya kapitalına da təsir edəcək”

Deputat: “Əməkhaqqının artması pensiya kapitalına da təsir edəcək”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bugünlərdə ölkə Prezidenti tərəfindən “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam imzalanıb. 

Sərəncamda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilməsi öz əksini tapıb. 

Eyni zamanda, Nazirlər Kabinetinə tapşırılır ki, əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində, həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etsin. 

Sərəncamda öz əksini tapan məsələlərlə bağlı millət vəkili Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı vətəndaşlarının sosial rifahının daha da yaxşılaşmasına töhfə verəcək: 

“Son 5 ildə dövlət başçımızın imzaladığı 4 sosial paket 7 milyard manat maliyyə tutumlu olmaqla 4 milyard insanın sosial rifahının yaxşılaşmasına xidmət edib. Belə ki, bu sosial paketlərin COVID-19 pandemiyası dövründə vətəndaşların iş yerlərində yaranmış məhdudiyyətlərin sosial rifahına təsirlərinin azaldılmasına və bir çox sahələrdə fəaliyyətlərin postpandemiya dövründə bərpa olunmasına dəstək baxımından çox böyük əhəmiyyəti olub. 

İndi imzalanmış bu sosial paket də 3 milyondan çox insanı əhatə etməklə ölkədə əmək pensiyalarının, sosial müavinətlərin artmasına xidmət edəcək. Müvafiq sərəncamla minimum əməkhaqqı 400 manat müəyyən olunması ölkədə əməkhaqlarının artmasına müsbət təsir göstərəcək. Belə ki, vahid tarif cədvəli ilə işləyən içilərin əməkhaqqı minimum əməkhaqqı artımına uyğun tənzimlənəcək. 

O cümlədən, özəl sektorda da işçilərə verilən minimum əməkhaqqının 400 manat müəyyən olunması bu sferada çalışanların da minimum əməkhaqqının artmasına gətirib çıxaracaq. Əməkhaqlarının artması sosial sığorta ayırmaların da artmasına və vətəndaşların pensiya fonduna yığdıqları pensiya kapitalının da artmasına təsir göstərəcək. Belə ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat müəyyən olunmuşdu. 

Amma 2025-ci ilin yanvarın 1-dən bu rəqəm 55 manat artır. 

Bu da əməkhaqlarının minimum 55 manat artması deməkdir. 

Dövlət başçımız vətəndaşların sosial müdafiəsinin gücləndirlməsini daima diqqət mərkəzində saxlayır. Bu baxımdan, imzalanmış sərəncamlar və qərarlar cənab Prezident İlham Əliyevin ssiyasətinin təməlində vətəndaşların sosial rifahı dayandığını göstərir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri