Icma.az
close
up
RU
Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın

Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Rüfət Hacıyev məlumat verib.

O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:

"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında olub. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, hipotireoz, hipoksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".

Rüfət Hacıyev övladının müalicə və reabilitasiyası üçün hazırda 2 800 manata ehtiyacları olduğunu deyib:

"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlirsə, etmişik onun üçün. Evimizi, qızıllarımızı, bütün dəyərli əşyalarımızı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı yoldaşım işləyə bilmir, son dövrlər ona tək baxa bilmədiyi üçün yoldaşım da məcbur işdən çıxıb. Buna səbəb isə Camalın özünə ciddi şəkildə xəsarət yetirməsidir. Onun xəstəliyi müalicə olunmadığı vaxtlarda çox ciddi təhlükə yarada bilir. Özünə, yaşadığımız evə, ətrafa ziyan verməyə çalışır. Bir ata olaraq onu bu vəziyyətdə görmək məni məhv edir. Xalqıma yalvarıram, məni oğlumun qarşısında aciz qoymasınlar. Camalın reabilitasiyası üçün mərkəzlərdən birinə 650, digərinə isə 500 manat ödəniş etməliyik. Bu aylıq dərmanları isə 1 900 manat edir. Onun 1200 manatı toplanıb. yerdə qalan 700 manatın toplanması üçün xalqımdan kömək istəyirəm. Müalicələr Camala çox yaxşı təsir edir".

Ailə ilə əlaqə: (051) 987-77-70.

"Kapital Bank": 4169 7385 4493 5046.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri