Icma.az
close
up
RU
Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın

Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Rüfət Hacıyev məlumat verib.

O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:

"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında olub. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, hipotireoz, hipoksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".

Rüfət Hacıyev övladının müalicə və reabilitasiyası üçün hazırda 2 800 manata ehtiyacları olduğunu deyib:

"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlirsə, etmişik onun üçün. Evimizi, qızıllarımızı, bütün dəyərli əşyalarımızı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı yoldaşım işləyə bilmir, son dövrlər ona tək baxa bilmədiyi üçün yoldaşım da məcbur işdən çıxıb. Buna səbəb isə Camalın özünə ciddi şəkildə xəsarət yetirməsidir. Onun xəstəliyi müalicə olunmadığı vaxtlarda çox ciddi təhlükə yarada bilir. Özünə, yaşadığımız evə, ətrafa ziyan verməyə çalışır. Bir ata olaraq onu bu vəziyyətdə görmək məni məhv edir. Xalqıma yalvarıram, məni oğlumun qarşısında aciz qoymasınlar. Camalın reabilitasiyası üçün mərkəzlərdən birinə 650, digərinə isə 500 manat ödəniş etməliyik. Bu aylıq dərmanları isə 1 900 manat edir. Müalicələr Camala çox yaxşı təsir edir".

Ailə ilə əlaqə: (051) 987-77-70.

"Kapital Bank": 4169 7385 4493 5046.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri