Icma.az
close
up
RU
Övladını bu yolla hərbi xidmətdən yayındırmağa çalışanlar ola bilər Deputat

Övladını bu yolla hərbi xidmətdən yayındırmağa çalışanlar ola bilər Deputat

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzən sağlamlığında problem olan şəxslər həqiqi hərbi xidmətə cəlb edilir. Bu barədə məlumat İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilir ki, belə şəxslərin hərbi xidmətə cəlb edilməsi onların sağlamlıq və mənəvi-psixoloji vəziyyətinə ciddi təsir etməklə yanaşı, nəticə etibarilə onların komandir heyəti tərəfindən döyüş hazırlığı ilə bağlı olmayan işlərə cəlb olunmasına, habelə müayinə və müalicələrinin təşkili üçün hərbi büdcədən əlavə vəsait xərcinə səbəb olur.

Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu istiqamətdə həm qanunvericilikdə, həm də praktiki faəliyyətdə xeyli işlər görülür:

“Həkim-ekspert komissiyalarının fəaliyyəti gücləndirilir. Daha professional, ayrı-ayrı xəstəliklər üzrə tanınan həkimlər cəlb edilir. Digər tərəfdən əgər çağırışçı, yaxud valideyni gəncin tam sağlam olması barədə qərarla razılaşmırsa, onda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər. Həmçinin belə hallarda çağırışçı yaxud dövlət orqanlarına yaxud millət vəkilinə müraciət edə bilərlər. Bu yolla məsələnin daha da dəqiqliklə araşdırılması, hərbi xidmətə yararlı olub-olmaması barədə dəqiq informasiya alınması təmin edilə bilər”.

Millət vəkili qeyd edib ki, eyni zamanda burada ictimai nəzarət də olmalıdır:

“Belə hallar varsa, mütləq ictimailəşdirilməlidir. Düzdür, bu situasiyadan sui-istifadə edənlər də ola bilər. Övladının xəstə olduğunu iddia edərək onu hərbi xidmətdən yayındırmağa çalışanlar da ola bilər. Amma bununla belə komissiyaların şəffaf işləməsi və buna dövlət orqanlarının diqqət etməsi belə halların qarşısının alınmasına gətirib çıxara bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri