Övladınız 11 17 yaşındadır? Dələduzlar məhz onları hədəf seçirlər
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki,bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib.
Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özləri həll etmək istəyirlər:
"Lakin onların riskləri və atdıqları addımların gələcək nəticələrini qiymətləndirmək bacarığı hələ formalaşma mərhələsindədir. Məhz bu psixoloji boşluq onları manipulyasiyalara qarşı son dərəcə həssas edir".
Kolobova qeyd edib ki, fırıldaqçılar yeniyetmələrə güclü emosiyalar - qorxu, həyəcan, maraq, təcili qərar vermə hissi və sevgi vasitəsilə təsir göstərirlər.
Məsələn, cinayətkarlar gənclərdən təcili şəkildə şəxsi məlumatlarını, bank kartı nömrələrini və ya pul vəsaitlərini göndərmələrini tələb edə bilərlər.
Psixoloq bildirib ki, 11 yaşadək uşaqlar da aldadılma riski ilə üzləşirlər, lakin burada tamamilə fərqli ssenarilər tətbiq olunur. Dələduzlar onlara pulsuz hədiyyələr, oyunlar və ya müxtəlif uduşlar vəd edərək tələ qururlar.
Mütəxəssis vurğulayıb ki, bu yaşda uşaqlar virtual aləmdə kiminlə ünsiyyət qurduqlarını həmişə dərk etmirlər, buna görə də yad şəxslərin istəklərini heç bir şübhə etmədən yerinə yetirirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:80
Bu xəbər 27 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















