Icma.az
close
up
RU
Bəlkə övladınız autizm deyil?

Bəlkə övladınız autizm deyil?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

  Uşaqlarda davranış, əqli və fiziki inkişaf problemlərinin əsl səbəbini öyrənməyin vaxtıdır.

Uşaqlarda nitqin ləngiməsi, göz təmasının az olması, yersiz həyəcan və ya aqressiv davranış çox vaxt valideynlərdə “autizm” şübhəsini doğurur. Lakin bir həqiqəti unutmaq olmaz: bu əlamətlərin hamısı yalnız autizmə aid deyil. Çox zaman vitamin çatışmazlığı, allergiya, metabolik sindrom, nevroloji problemlər, qastroenteroloji şikayətlər və ya sadəcə inkişaf ləngimələri də özünü eyni simptomlarla göstərə bilər.
Məhz buna görə, “autizm” diaqnozu qoyulmazdan əvvəl ətraflı və kompleks müayinə aparmaq həyati əhəmiyyət daşıyır. Çünki yanlış diaqnoz valideynlərin ümidsizliyə qapılmasına səbəb olur, uşağın inkişaf potensialını isə məhdudlaşdırır.

Autizmə bənzər simptomlara səbəb olan digər amillər.
Dəmir, sink və D vitamini çatışmazlığı – nitq ləngiməsi və diqqət yayınıqlığına səbəb ola bilər.
Qida allergiyaları – bəzi uşaqlarda davranış dəyişiklikləri və aqressiya müşahidə olunur.
Epileptik aktivlik – yüngül tutmalar və ya EEQ müayinəsində aşkarlanan gizli pozğunluqlar bəzən autizm simptomlarını təqlid edir.
Nevroloji inkişaf fərqləri – bəzi uşaqlar sadəcə fərqli tempdə inkişaf edirlər.

Doğru diaqnoz niyə vacibdir?
Yanlış “autizm” damğası uşağın gələcək təhsil və sosial həyatına mənfi təsir göstərə bilər. Halbuki, doğru diaqnoz və erkən müdaxilə ilə bir çox uşaq sürətlə normal həyata dönüb potensialını tam göstərə bilər.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində uşaqlar genetik, nevroloji, biokimyəvi və psixoloji testlərdən keçirilir. Bu yanaşma hər simptomun əsl səbəbini tapmağa kömək edir. Beləliklə, valideynlər artıq “Bəlkə övladım autism deyil?” sualı ilə yaşamır, dəqiq cavab əldə edirlər.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində xəstəliklərə fərqli yanaşma
Ətraflı laborator analizlər (vitamin, mineral, metabolik testlər)
Genetik araşdırmalar – irsi faktorların istisna edilməsi
EEQ və nevroloji müayinə – beyin fəaliyyətinin qiymətləndirilməsi
Psixoloq və loqoped dəstəyi – uşağın sosial və nitq bacarıqlarının inkişafı
Fərdi müalicə planı – laborator və instrumental müayinələrin nəticələrinə uyğun olaraq

Əziz valideynlər, unutmayın: övladınızda gördüyünüz hər fərqli davranış “mütləq autizm” demək deyil. Ən doğru addım mütəxəssisə müraciət edib uşağınızı ətraflı müayinə etdirməkdir.
Əgər övladınızda danışığın gecikməsi, diqqət dağınıqlığı, aqressiya və ya ünsiyyət qurmaq çətinlikləri varsa, vaxt itirmədən Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə müraciət edin.
Burada “autizm diaqnozu qoyulmuş” övladınız tam ödənişsiz uzman pediatrın konsultasiyasından keçə bilər.

? Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ünvan: Bakı, 3 mkr., Pişəvari 110, M.Əcəmi m.st. yaxınlığında
? Tel.: (012 / 050 / 055 / 070) 430 89 89
? www.btk.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 30 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri