Icma.az
close
up
RU
Övladınızı doğru ünvana etibar edin

Övladınızı doğru ünvana etibar edin

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Söhbət ölkəmizdə yaradılmış ilk bağça tipli bərpa müəssisəsindən gedir

Paytaxtda və bəzi bölgələrimizdə müxtəlif inkişaf qüsurları olan uşaqlar üçün xeyli sayda bərpa mərkəzləri fəaliyyət göstərir. Bu müəssisələrdə uşağın probleminə uyğun aparılan müalicənin, keçirilən təlimlərin keyfiyyəti də təbii ki, fərqlidir. Bəzən aylar, hətta, illərlə valideyn uşağını sağlam görmək məqsədilə belə ünvanlara aparıb-gətirsə də istənilən nəticə əldə edilmir. Problemli uşaqlara müalicə, təlim, bərpa və dərslərlə göstərilən xidmət barədə  dolğun məlumat almaq məqsədilə bərpa mərkəzlərindən birinə üz tutduq.  

Xətai rayonunda yerləşən “Special Kids” Reabilitasiya Mərkəzi 2017-ci ildən fəaliyyət göstərir və Azərbaycanda yaradılmış ilk bağça tipli bərpa müəssisəsidir. Həkim-psixiatr Vəfa Şirinovanın təşəbbüsü ilə qurulmuş bu mərkəzdə ötən illər ərzində bir çox uğurlu proqramlar icra edilmiş, yüzlərlə uşağın sağlamlığının bərpasına nail olunmuşdur.

Mərkəzin rəhbəri Vəfa Şirinovadan bu reabilitasiya mərkəzinin missiyası və fəaliyyəti barədə ətraflı məlumat verməsini xahiş etdik. Söhbət əsnasında öyrəndik ki, müəssisə 9 illik fəaliyyəti dövründə 1500-ə yaxın uşağın sosial bacarıqlarını artırmasına dəstək olub. Vəfa xanım əsas missiyalarının xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə inkişaf etdirici, təhlükəsiz, xoşbəxt və faydalı zaman bəxş etmək olduğunu vurğulayıb müəssisənin fəaliyyət istiqamətləri barədə söz açdı:

– “Special Kids” Reabilitasiya Mərkəzində missiyamızı həyata keçirmək üçün göstərdiyimiz fəaliyyət İstiqamətləri – reabilitasiya mərkəzi, bağça əsaslı reabilitasiya mərkəzi və “kölgə” müəllim xidmətindən ibarətdir. “Kölgə” müəllim xüsusi təhsilə ehtiyacı olan uşağı adi təhsil mühitinə uyğunlaşdırmaq üçün nəzərdə tutulan tyutor xidmətidir. Mərkəzə qəbul edilən yetişkin uşağın sosiallaşmasına, tədris və təlim məkanına uyğunlaşmasına yardım edir.

– Müəssisədə məşğələ və təlimlər hansı mütəxəssislər tərəfindən aparılır və dərslər  necə təşkil edilir?

– Dərslər fərdi şəkildə, 45 dəqiqəlik seanslar şəklində keçirilir. Öncə uşaqların fərdi ehtiyaclarına uyğun cədvəl tərtib edilir. Bundan sonra ya fərdi qaydada, yaxud, qrup şəklində təlimlərə başlanılır. Həftəlik 10–25 saatlıq təlimlər psixoloq, loqoped- psixopedaqoq, müalicəvi bədən tərbiyəsi mütəxəssisləri tərəfindən icra edilir. 

Qruplar və tədris proqramı üzrə bağça fəaliyyətlərində uşaqlar yaşlarına, psixoloji inkişaf və diaqnozlarına əsasən fərqli qruplara ayrılır. Hər qrupda 8 uşağa 4 heyət üzvü – psixoloq, loqoped, pedaqoq və dayə xidmət göstərir. Mərkəzdə uşaqların təlimi, tədrisi ilə 16 mütəxəssis məşğul olur. 

– Uşaqlarla hansı məşğələlər və necə keçilir?

– Hər biri 35 dəqiqə olmaqla uşaqlarla gündəlik 9 məşğələ keçilir. Psixoloq və loqoped məşğələləri (fərdi), psixopedaqoq dərsləri, savad təlimi, sadə riyazi təsəvvürlər, ətraf aləmlə tanışlıq, kiçik motor bacarıqları (qum, art və sensor terapiya), böyük motor bacarıqları (idman və velosiped təlimi), sosial ünsiyyət (musiqi terapiyası, sosial gəzintilər, qrup terapiyası) kimi təlimlər uşaqların inkişafında böyük rol oynayır. 

Burada tam günlük və yarımgünlük proqram keçilir. Tam günlük proqram 9 saat ərzində icra edilir. Belə ki, təlimlər saat  08:30-dan başlayır və 17:30-dək davam edir. Bu müddət ərzində tualet təlimi, qida təlimi, özbaxım bacarıqları, qrup terapiyası aparılır. Uşaqlar  5 dəfə qidalanırlar. Onlar səhər yeməyi, arada meyvə saatı, nahar yeməyi, yenə arada şirniyyat saatı və şam yeməyi ilə təmin olunurlar.

Yarım günlük proqram isə 4 saat müddətində tamamlanır və  08:30-dan 12:30-dək davam edir. Bura 3 dəfə qidalanma (səhər yeməyi, meyvə saatı, nahar yeməyi), gündəlik 4 məşğələ, həftədə 3 dəfə psixoloq, 2 dəfə loqoped məşğələləri daxildir.

Xüsusi Uşaqlarla İş Proqramı  – TEACCH (Treatment and Education of Autistic and Communication Handicapped Children), PECS (Picture Exchange Communication System), Denver Erken Müdaxilə Modeli (ESDM) haqqında, DIR/Floortime Yanaşması, Tətbiqi Davranış Analizi (ABA) əsasında icra edilir. Uşaqlar həftənin 5 günü, 08:30-dan 17:30-dək təlimə cəlb olunur və təlimlər rus və azərbaycan dillərində aparılır.

– Vəfa xanım, "Special Kids" Reabilitasiya Mərkəzindəki müalicəni digər bərpa müəssisələrindən fərqləndirən hansı üstün cəhətlər var? Yəni valideyn uşağını niyə məhz bu mərkəzə gətirsin?

– Əvvəla, hər bir valideyn uşağın inkişafı ilə bağlı çətinlik olduğuna şübhə etdikdə reabilitasiya mərkəzinə müraciət etməlidir. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, uşaqları müəssisəyə qəbul edəndə  inkişaf pozuntusu olan uşağı üçün reabilitasiya mərkəzi axtaran valideynə öncə nəyə diqqət etməli olduğunu tövsiyə edirik.

Fərqlər barədə danışarkən öncə onu deyim ki, valideynlər günün cədvəli ilə uşaqlar müəssisədə qaldıqları müddət ərzində onları daim online olaraq izləyə bilirlər. İlkin dəyərləndirmə və hər 3 ayda bir dəfə olmaqla inkişafı izləmək üçün PEP-R, AGTE, GÖBDÖ, PORTEC və digər dəyərləndirmələr tətbiq olunur. Eyni zamanda, mütəxəssislərin mütəmadi olaraq iş keyfiyyətlərinin artırılması üçün onlara təlimlər və superviziyalar təşkil edilir. Qida təliminin şəffaflığının təmin edilməsi üçün valideynlərə həftədə 1 dəfə menyu göndərilir. Bağçada ayda bir dəfə uşaqlar üçün ekskursiyalar təşkil olunur.

Müəssisəyə qəbul edilən uşaq haqqında məlumatların məxfi saxlanmasına ciddi şəkildə diqqət yetirilir. Məlumatın üçünci şəxslər, kütləvi informasiya və sosial şəbəkə platformalarında paylanılmamasına nəzarət edilir. Müəssisədə çalışan mütəxəssislərin profilə uyğun ali təhsillərinin olması şərtdir. 

Bundan başqa, mərkəzdə bir çox proqramlar həyata keçirilir. “Valideyn Dəstək Proqramı” çərçivəsində və bölgələrə səfər zamanı aztəminatlı ailələr üçün ödənişsiz konsultasiyalar təşkil edilir. Proqramın icrası zamanı “Ev müşahidəsi” tətbiq edilir. Bu zaman mütəxəssislər uşaqları ev şəraitində müşahidə edirlər. 

“Sosial gəzintilərdə dəstək” Proqramının icrasında mütəxəssis, ictimai yerlərdə uşaqların problemli davranışlarını idarə etmək üçün valideynlərə davranışa müdaxilə texnikalarını praktik və nəzəri olaraq öyrədir.

“Sosial şəbəkələrdə dəstək qrupları” Proqramı çərçivəsində valideynlər üçün onlayn platformalarda dəstək qrupları təşkil edilir. 

“Qaynar xətt” xidməti valideynlərin təklif və şikayətlərini dinləmək və operativ olaraq həllini təmin etmək məqsədi daşıyır.

– Xüsusi təhsil ehtiyacı və sağlamlıq imkanları məhdud olan uşaq üçün reabilitasiya müddəti necə seçilir?

–Təlimdə olan uşaqların inkişafının mütləq şəkildə dəyərləndirilməsi vacibdir. Buna görə mütəxəssislər vahid müddət intervalı ilə uşağın inkişaf dinamikasını izləyirlər. Dəyərləndirmə keçirildikdən sonra fərdi inkişaf planı hazırlanır və valideynin bu barədə məlumatlı olmasına diqqət edilir. İnkişaf hədəfləri aydın və kənardan müşahidə olunmalıdır.

Reabilitasiya müddəti və həcmi (dərslərin sayı və cəlb olunan mütəxəssisin profili) uşağın fərdi sağlamlıq və təhsil ehtiyaclarına əsaslanaraq təyin olunur və tənzimlənir. Əgər bir uşaqla bir neçə mütəxəssis işləyirsə o zaman onların  inkişaf planları bir-birilə əlaqəli olmalıdır. 

Valideynə dərsin keçirilməsini canlı müşahidə etmək üçün imkan yaradılmalıdır. Fiziki və mənəvi şiddətin olmamasına diqqət yetirilməlidir. Yalnız belə halda uşağın sağlamlığı risk altında olmaz. Eyni zamanda, qazanılan nəticələr mütəxəssisin təlim keçdiyi məkanla məhdudlaşmamalıdır. Yəni, təlim zamanı əldə edilən nəticələr ümumiləşdirilməlidir.

– İnkişafı ilə bağlı çətinliyi hiss olunan uşaqların valideynlərinə nə tövsiyə edərdiniz? Uşaq müəssisəyə nə vaxt gətirilməlidir?

– Əvvəla, uşağın inkişafı ilə bağlı çətinlik olduğuna şübhə yarandığı zaman valideyn narahat olmalı və həkimə müraciət etməlidir.  Yəni, uşağın idrak, sosio-emosional və fiziki inkişaf sahələrində bacarıqları həmyaşıdlardan fərqləndiyi zaman bu addım atılmalıdır. İlkin müayinə mərkəzdə icraçı direktor tərəfindən həyata keçirilir. Adətən əksər uşaqlar psixiatrik müayinədən keçirlər. Bizi daha çox diaqnoz deyil, uşağın fərdi təhsil və təlim ehtiyacları maraqlandırır.

Mərkəzə  1 yaşdan yuxarı olan uşaqlar qəbul olunur. Hazırda bağça  əsaslı reabilitasiyaya cəlb olunmuş 28, fərdi cədvəl üzrə isə 21 uşağa xidmət göstərilir.

Xüsusi təlim və təhsilə ehtiyacı olan uşaqların valideynlərinin işi uşağı bərpa müəssisəsinə yönəltməklə bitməməlidir.  Hər valideyn reabilitasiya ilə yanaşı övladını bir həkimin müşahidə və müayinəsi ilə nəzarətdə saxlamalıdır. Bu, uşağın probleminə uyğun təyin edilməlidir. Yəni, uşağın inkişafının ləngidiyi sahənin mütəxəssisi ilə valideynin qarşılıqlı əlaqəsi qurulmalıdır. Təcrübələr onu göstərir ki, bu mütəxəssis, çox vaxt uşaq və yeniyetmə həkim – psixiatrı (əgər uşağın problemi onun psixi inkişafı ilə bağlıdırsa) olur.

Bəzən valideynlər doğru ünvan seçmirlər və uşağın təlim və bərpasına ayrılan müddətdə müsbət dinamika görünmür. Mən belə valideynlərə demək istəyirəm ki, öncə övladınızın problemini düzgün mütəxəssisə etibar edin, ünvanı doğru seçin və özünüz də bu bərpa prosesində iştirak edin.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see397

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see352

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see345

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see333

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see300

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see287

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see284

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see271

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see268

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see263

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see262

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see258

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see248

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see246

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see245

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see217

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see214

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see213

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see178

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri