Icma.az
close
up
RU
Övladınızı cinsi yetkinlik dövrünə necə hazırlamalısınız?

Övladınızı cinsi yetkinlik dövrünə necə hazırlamalısınız?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Balam nə tez böyüdü",- deyə düşünürsünüz? Dünən qucağınızda tutduğunuz körpə, bu gün artıq böyüyüb. Düzdür, o, hələ də uşaqdır, amma cinsi yetkinlik dövrünə qədəm qoymaq üzrədir.

Bəs siz övladınızı təşvişə salan və onun üçün çətin olan bu keçid dövründə ona necə kömək edə bilərsiniz?

NƏYİ BİLMƏLİSİNİZ?

Keçid dövrünün öz dövrü var. Bu proses 8-15 yaş arası və ya daha gec başlayır. Bir kitabda deyilir: "Cinsi yetkinlik dövrü hərədə bir vaxt olur"

Gencaile.az bildirir ki, keçid dövründə özünə inamsızlıq hissi yaranır. Cinsi yetkinlik dövrünə qədəm qoyan uşaqlar cəmiyyət içində özlərini rahat hiss etmirlər. Cavid * adlı bir gənc xatırlayır: "Görünüşümə və davranışıma görə çox narahat olurdum. Elə bilirdim ki, başqalarının gözündə əcaib görünürəm". Sızanaqlar çıxanda isə yeniyetmələrdə özünə inamsızlıq hissi daha da artır. 17 yaşlı Kəmalə bölüşür: "Sızanaqlar elə bil, üzümə hücum çəkmişdi. Yadımdadır, tez-tez ağlayardım, özümə eybəcər deyərdim".

Cinsi inkişafa həmyaşıdlarından tez başlayan gənclərin çətinlikləri. Bu, əsasən qızlara aiddir. Onların döş vəziləri böyüyəndə, bədən formaları dəyişəndə bəzən onları ələ salmağa başlayırlar. Bir mənbədə deyilir ki, "hətta onlar üçün yaşca böyük və cinsi əlaqəyə meyilli olan oğlanların diqqətini cəlb etmək təhlükəsi yaranır"

Cinsi inkişaf yetkinlik əlaməti deyil. Allahın Kəlamında deyilir: "Axmaqlıq uşağın ürəyində kök salar" (Məsəllər 22:15). Cinsi inkişaf prosesi bu faktı dəyişmir. Gənc böyük görünə bilər, amma bu, o demək deyil ki, "o, düzgün qərar verməyi bacarır, məsuliyyətlidir, özünə hakim ola bilir və ya onda yetkinliyin digər əlamətləri var"

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Övladınızla keçid dövrü başlamazdan öncə danışın. Qoy uşağınız bilsin qarşıda onu nələr gözləyir. Məsələn, qız uşağına aybaşı olacağı, oğlan uşağına islaq (nəm) yuxuların olacağı haqda danışın. Çünki yetkinliyə xas dəyişikliklər tədricən baş verdiyi halda, bu şeylər qəflətən başlayır və uşağınız bunu görüb təşvişə, hətta qorxuya düşə bilər. Belə mövzuları müzakirə edəndə vəziyyətə müsbət tərəfdən yanaşın. İzah edin ki, cinsi yetkinlik yaxşılığa doğru dəyişiklikdir və bu, onun böyüməsi üçün mütləqdir.

Açıq danışın. Ceyhun adlı bir oğlan deyir: "Valideynlərim mənimlə cinsi yetkinlik barədə üstüörtülü söhbət etmişdilər. Kaş bir az açıq danışardılar". 17 yaşında olan Aytən də bu fikirdədir. O deyir: "Anam baş verən fizioloji dəyişiklikləri izah etdi. Amma istəyərdim ki, bunlara tab gətirmək üçün mənə emosional cəhətdən dəstək olsun". Bunlar nəyi göstərir? Nə qədər çətin olsa da, cinsi yetkinlik barədə uşağınızla hərtərəfli danışın.

Söhbəti açmaq üçün sual verin

Uşağınız sıxılmasın deyə, başqalarında baş verən cinsi yetkinlik haqda söz açın. Misal üçün, qızınıza belə bir sual verin: "Hansısa sinif yoldaşın aybaşı olub? Oğlanlar tez inkişaf edən qızları ələ salırlar?" Oğlunuza isə növbəti sualları verə bilərsiniz: "Uşaqlar gec böyüyənləri lağa qoymurlar ki?" Övladınız cinsi yetkinlik dövründə başqa uşaqların nə ilə üzləşdikləri barədə danışmağa başlasa, ehtimal ki, ona öz hisslərini və başına gələnləri bölüşmək daha asan olacaq. O danışarkən növbəti məsləhəti tətbiq edin: "İnsan eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir.".

Uşağınıza hikmətli və düşüncəli olmağa kömək edin

Keçid dövründə yalnız fiziki və emosional dəyişikliklər baş vermir. Həmin dövrdə uşağın düşüncə qabiliyyəti də inkişaf edir və bu, ona gələcəkdə düzgün qərarlar verməyə kömək edəcək. Bu fürsətdən istifadə edib övladınıza gözəl əxlaq dəyərləri aşılayın

Təslim olmayın

Valideynlər övladları ilə cinsi yetkinlik haqda danışmağa başlayanda əksər uşaqlar özlərini elə aparır ki, guya bu mövzu onlara maraqlı deyil. Amma buna aldanmayın. Bir kitabda deyildiyi kimi, "bu yaşda olan uşaq maraqlanmadığını, tıncıxdığını, iyrəndiyini və ya ümumiyyətlə qulaq asmadığını göstərsə də, əslində sizin hər kəlmənizi hafizəsinə həkk edir".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri