Icma.az
close
up
RU
Övladlarını rus bölməsində oxudan valideynlər bu barədə düşünsünlər Ekspertdən TÖVSİYƏ

Övladlarını rus bölməsində oxudan valideynlər bu barədə düşünsünlər Ekspertdən TÖVSİYƏ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilmiş buraxılış imtahanında maksimal nəticə göstərən abituriyentlərin hər biri (43 nəfər) Azərbaycan bölməsinin şagirdiləridir. Çox maraqlıdır ki, Azərbaycanda orta məktəblərdə rus bölmələrinin sayı hətta ildən-ilə artırılsa da, bu bölmədən imtahanlar zamanı maksimal bal toplayan tapılmır.

Niyə rus bölməsindən maksimal nəticə göstərən abituriyent yoxdur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, 2025-ci il üçün keçirilən buraxılış imtahanlarının nəticələri bu gün ictimaiyyətdə, sosial mediada ciddi müzakirə olunur:

"Son iki ildə maksimum nəticə göstərənlərin sayı çoxalıb. Bu da Dövlət İmtahan Mərkəzinin ictimai qınaqdan çəkinib, tədrisə uyğun suallar salması ilə əlaqəlidir. Rus bölmələri üçün müəllim çatışmazlığı var. Hətta bəzi fənlərin Azərbaycan dilli müəllimlər tərəfindən tədris edilməsi ilə bağlı məlumatlar var. Bu vəziyyət ona görə yaranıb ki, ibtidai sinifdən sonra rus bölmələri üçün fənn müəllimlərində çatışmazlıq müşahidə olunur. Tövsiyə edərdim ki, övladlarını rus bölməsində oxudan valideynlər bu barədə düşünsünlər. Hədəf kimi götürürlər ki, rus bölməsində təhsil alan uşaqların gələcəkdə ali təhsil müəssisələrində boş qalan yerləri seçmək imkanları artır. Çünki nəticələr çox zəifdir. Rus bölmələri ali təhsil müəssisələrində var. O yeri seçənlər minimum bal toplamaqla da tələbə adını qazanmış olurlar. Amma ümumi nəticələr başqa mənzərə göstərir. Builki nəticələr “sos siqnalı” verir".

Ekspert qeyd etdi ki, valideynlər bu məsələ ilə bağlı düşünməlidirlər.

"Bunu biz MİQ imtahanı nəticələrində də görürük. Nə qədər ki, ümumtəhsil məktəblərinin rus bölmələrində müəllim çatışmazlığı var, xüsusi ixtisaslaşmış kadrların ardı gəlmir, müəyyən boşluqlar yaranacaq. Bu səbəbdən bu gün rus bölməsində nəticələr ürəkaçan deyil", - deyə M.Məmmədli bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri