Icma.az
close
up
RU
“Valideynlər utandığı üçün övladlarını xilas edə bilmir” Ekspertdən TÖVSİYƏ

“Valideynlər utandığı üçün övladlarını xilas edə bilmir” Ekspertdən TÖVSİYƏ

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Bəzən narkomaniya ilə bağlı vəziyyətlərdə valideynlər düzgün yanaşmır. Çünki bəzi valideynlər savadsız olur, yaxud utandığından, çəkinərək problemi gizlətməyə çalışır. Onlar düşünür ki, əgər övladını həkimə aparsa və ya analiz versə, bu məsələ hamıya yayılacaq, qonşular, cəmiyyət biləcək”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstəİctimai Birliyinin sədri, ekspert Emil Maqalov deyib:

“Amma məsələ bundadır ki, əziz analar, valideynlər, həyat yoldaşları – siz elə bilirsiniz ki, heç kəs xəbər tutmayıb, amma əslində, hamı bilir. Sadəcə, axırıncı bilən siz olursunuz.

Ona görə də mən dəfələrlə qeyd etmişəm: bu bəladan qurtarmağın yeganə yolu vaxtında car çəkməkdir. Gecikmədən reabilitasiya mərkəzinə, narkoloqa, mütləq şəkildə seçilmiş mütəxəssislərə müraciət etmək lazımdır.

Psixoloqa müraciət bu mərhələdə faydasızdır, çünki o, problemi yalnız hiss edə bilər, amma müalicə edə bilməz”.

Ekspertin sözlərinə görə, bu vəziyyətdə valideynlərin ən böyük səhvlərindən biri falçılara müraciət etməsidir:

“Təəssüf ki, valideynlərdən bəziləri övladını müalicə əvəzinə falçıya aparır, pul ödəyir və aldadılır. Onlara deyilər ki, “narahat olma, üç aydan sonra vəziyyət yaxşı olacaq, cadunu götürdüm, uşağın sağalacaq”. Amma bu, əsassız və təhlükəli yanaşmadır”.

Ekspert qeyd edib ki, narkomaniya bir neçə dəfə istifadədən sonra artıq xəstəliyə çevrilir.

“Bu, xərçəng, şəkər və digər ağır xəstəliklər kimi qəbul edilməlidir. Əgər biz bu reallığı boynumuza alarıqsa, yalnız onda düzgün müalicəyə başlayaraq insanı xilas edə bilərik. Bu isə çox önəmli bir məsələdir”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri